Xorvatiya Respublikasının Prezidenti zati-aliləri xanım Kolinda Qrabar-Kitaroviçə

 

Hörmətli xanım Prezident!

Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Xorvatiya əlaqələri dinamik inkişaf etməkdədir. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim sülhrifah diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-25 iyun.- S.2.