Mozambik Respublikasının
Prezidenti Zati-aliləri
cənab Filipe Jasinto Nyusiyə
Hörmətli cənab
Prezident,
Mozambik Respublikasının milli bayramı – Müstəqillik
Günü münasibətilə
Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Mozambik münasibətləri daim
dostluq və əməkdaşlıq zəminində
inkişaf edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Mozambik
xalqına əmin-amanlıq
və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 22 iyun 2017-ci il.
Azərbaycan.- 2017.-25 iyun.-
S.2.