Azərbaycana məxsus infrastruktur, daxili imkanlaryerli işçi qüvvəsi

 

“Cənub qaz dəhlizi”nin iki mühüm seqmentinə aid işlər bilavasitə Azərbaycan ərazisində həyata keçirilir. Belə ki, dəhlizin əsas ehtiyat mənbəyi olan “Şahdəniz” yatağı Xəzərin Azərbaycan sektorunda yerləşir. “Şahdəniz” qazını Bakı yaxınlığından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Türkiyə sərhədinədək nəql edən Cənubi Qafqaz Boru Kəmərinin böyük hissəsi də ölkəmizin ərazisindədir.

Bu iki layihə üzrə həyata keçirilən genişmiqyaslı tikinti işlərinin əksəriyyəti arxada qalıb və hazırda onlar yekun mərhələyə qədəm qoyub. Fərəh doğuran haldır ki, inşaat işləri Azərbaycanın özünün tikinti infrastrukturudaxili ehtiyatları cəlb olunmaqla görülür.

“Şahdəniz-2” layihəsinin bütün istehsalat-quraşdırma və tikinti işləri bütövlüklə ölkə daxilində yerinə yetirilir. Yalnız bəzi zəruri material və avadanlıqlar xaricdən gətirilir. Başqa sözlə, layihə bütövlüklə daxili ehtiyatlara arxalanıb. Bu da indiyədək həyata keçirilmiş bütün layihələrin tarixində bir ilkdir.

Tikinti işləri əsasən beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş istehsalat-quraşdırma obyektlərində aparılır. “Şahdəniz-2” müqavilə sahəsində fəaliyyət göstərəcək iki platformanın ikisinindayaq blokları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerli “BOS Şelf” şirkəti tərəfindən inşa edilib. Xəzərdə ən böyük dayaq bloklarından olan bu qurğular artıq dənizdəki daimi yerinə aparılıb. Xatırladaq ki, birinci blok Xəzərə keçən il sentyabr ayının 1-də Prezident İlham Əliyevin iştirakı ilə yola salındı. Bu ilin mart ayında ikinci blok da yatağa göndərildi.

Platformaların üst modullarını Bibiheybət ərazisində yerləşən tikinti-quraşdırma sahəsində ATA (“AMEK-Tekfen-Azfen”) konsorsiumu inşa edir. Platformalardan birinin üst hissəsi də artıq dənizə yola salınıb. Bu il iyunun 1-də yolasalma mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev nəhəng qurğunun inşasının müvəffəqiyyətlə başa çatdırılmasını tarixi hadisə kimi dəyərləndirib: “Bu gün tarixdə qalacaq. Çünki biz bu gün “Şahdəniz” platformasının üst hissələrini rəsmi qaydada açıq elan edirik. Bir neçə gündən sonra bu nəhəng qurğular dənizə göndəriləcək və “Şahdəniz” yatağında quraşdırılacaq. Bu, böyük tarixi hadisədir. Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilibdir. Bir neçə il bundan əvvəl, xüsusilə “Şahdəniz” yatağı üzrə kontrakt imzalananda bunu təsəvvür etmək belə mümkün deyildi”.

“Şahdəniz-2”də sualtı əməliyyatları yerinə yetirmək üçün yerli gəmilərdən, o cümlədən “STB-1” daşıma barjı, “Azərbaycan” kran gəmisi, “İsrafil Hüseynov” borudüzmə barjı və dalğıc gəmisindən istifadə edilir. Qeyd edək ki, layihə çərçivəsində bütün istehsalat-quraşdırma sahələri və gəmilər təmir edilmiş, modernləşdirilmişdir.

Ümumiyyətlə, “Şahdəniz-2”yə aid iri müqavilələrin hamısına yerli şirkətlər daxildir. Məsələn, “BOS Şelf-Saypem-Star Gulfkonsorsiumu həm birləşdirilmiş dəniz-gəmi əməliyyatlarını, həm də bir sıra konstruksiyaların hazırlanması üzrə müqavilələri yerinə yetirir. Bakı Gəmiqayırma Zavodunun üzərinə isə “Xankəndi” gəmisinin tikintisi ilə bağlı müqavilə düşmüşdü. Gəmi artıq hazırdır. Bu gəmi vasitəsilə 10 ildən çox bir müddətdə “Şahdəniz-2” yatağında sualtı əməliyyatlar həyata keçiriləcək.

“Şahdəniz-2”nin hər iki platformasının üst hissələri ATA konsorsiumuna etibar edilmişdi. Bu də artıq böyük uğurla başa çatdırılır.

“Şahdəniz”in ikinci mərhələsinin işlənməsi çərçivəsində çıxarılacaq qaz və kondensatı qəbul və emal etmək üçün Səngəçal terminalında da yeni qurğuların tikintisi davam edir. Bu üzrə müqaviləni “Tekfen-Azfen” alyansı yerinə yetirir.

Azərbaycanın və Gürcüstanın ərazisində Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi işlərini isə “Saypem-Azfen” alyansı aparır. Məlum olduğu kimi, bu genişlənmə mövcud CQBK-nın gələn ildən başlayaraq “Şahdəniz”dən alınan əlavə qaz ehtiyatlarının ötürülməsi məqsədilə həyata keçirilir.

Sözügedən layihələrin ilk bəhrələrindən biri budur ki, tikinti mərhələsində Azərbaycan vətəndaşları üçün minlərlə yeni yeri açılıb. Ölkənin ərazisində əsas müqavilələr üzrə gedən işlərə tikintinin ən qızğın vaxtında 24 min nəfərdən artıq  insan cəlb edilib ki, onların da 80 faizdən çoxu yerli sakinlərdir.

Yerli işçi qüvvəsi üçün tikintiistismar dövrü ərzində ən çox ehtiyac duyulan sahələr üzrə geniş təlim proqramlarının həyata keçirilməsi də təqdirəlayiq haldır. Belə ki, BDÖZ sahəsində qaynaqçılar üçün yeni xüsusi təlim mərkəzi inşa edilib. ATA tikinti-quraşdırma sahəsində və Səngəçal terminalında qaynaqçılar üçün əlavə təlimlər təşkil edilib, CQBK-nın genişləndirilməsi üzrə ixtisaslaşmış boru kəməri qaynaqçılarının yetişdirilməsi məqsədilə təlimlər keçirilib. Bu isə o deməkdir ki, həmin ixtisaslı fəhlələr cari işlər bitdikdən sonra digər layihələrdə də çalışaraq yüksək səviyyədə peşəkarlıq nümayiş etdirə biləcəklər.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.-25 iyun.- S.7.