Türk dünyası mədəniyyəti və irsinin İtaliyada tanıdılması ilə bağlı layihələrin icrasına dair müzakirələr aparılıb

 

İtaliyada səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Romadakı fövqəladə və səlahiyyətli səfiri Murat Salim Esenli ilə görüşüb.

Görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi fondun fəaliyyətindən, türkdilli xalqların mədəniyyəti və irsinin mühafizəsi, dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırılan layihələrindən söz açıb.

Səfir Murat Salim Esenli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyasına xas tarixi-mədəni mirasın qorunması və təbliğ edilməsinə dair fəaliyyətini və həyata keçirilməsi nəzərdə tutulan layihələrini yüksək qiymətləndirib. O, həmçinin vurğulayıb ki, müasir dünyada zəngin türk mədəniyyəti və irsinin layiqincə təmsil olunmasına böyük zərurət varfondun bu istiqamətdə mühüm töhfələr verəcəyi şübhəsizdir.

Görüşdə Azərbaycanın, Türkiyənin və fonda üzv olan digər ölkələrin səfirlikləri ilə birgə qurumun bütövlükdə türk dünyasının İtaliyada tanıdılması üçün layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.-25 iyun.- S.11.