“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 377-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 8, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4; 2007, ¹ 4, maddə 321; 2010, ¹ 7, maddə 596; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 484; 2012, ¹ 12, maddə 1228; 2013, ¹ 12, maddə 1467; 2014, ¹ 7, maddə 783; 2015, ¹ 2, maddə 99, ¹ 4, maddə 347, ¹ 11, maddə 1287; 2016, ¹ 12, maddə 2032) aşağıdakı dəyişikliklər edilsin:

1.11.0.1-ci maddədən “, ərazi yurisdiksiyası” sözləri çıxarılsın.

2.Aşağıdakı məzmunda 11.0.1-1-ci maddə əlavə edilsin:

“11.0.1-1. məhkəmələrin ərazi yurisdiksiyasını müəyyən edir;”.

3.12.0.26-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.0.26-1. birinci instansiyaapelyasiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflərə onlar müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl rəy vermək;”.

4.Aşağıdakı məzmunda 22.4-cü maddə əlavə edilsin:

“22.4. İntizam məsuliyyəti məsələsinə baxılan hakimin öz arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizəsinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il

 

Azərbaycan.- 2017.-30 iyun.- S.10.