“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik
və əlavə edilməsi barədə” Azərbaycan
Respublikasının 2010-cu il 23 fevral tarixli 960-IIIQD
nömrəli Qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 20 aprel tarixli 255 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1153 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 23 fevral tarixli 960-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli 255 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 4, maddə 295) 2-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun
2017-ci il
Azərbaycan.-
2017.-30 iyun.- S.9.