"Formula-1"dən
sonra ölkəmizdə turizm sahəsində 25 faiz artım
olub
İyunun 25-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Formula-1-in sədri
və icraçı direktoru Çeyz Kerini, Formula-1 Motorsportun
direktoru Rous Braunu və Formula-1-in kommersiya və marketinq
üzrə direktoru Şon Bratçesi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Formula-1 yarışlarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı dedi ki, ötənilki yarışlardan sonra ölkəmizdə turizm sahəsində 25 faiz artım olub. Prezident İlham Əliyev Bakıda Formula-1 yarışlarının şəhər halqası trekində keçirilməsinin paytaxtımızın daha da yaxından tanınmasına imkan yaratdığını bildirdi. Dövlətimizin başçısı yarışların dünyada böyük sayda tamaşaçı auditoriyası tərəfindən izlənildiyini vurğuladı.
Bakıda olmaqdan
məmnunluğunu ifadə edən və zəngin təəssüratlarının
olduğunu deyən Formula-1-in sədri və
icraçı direktoru Çeyz
Keri paytaxtımızın çox
gözəl və möhtəşəm şəhər olduğunu bildirdi. O, şəhəri
gəzməkdən və Bakının gözəl mənzərəsini
seyr etməkdən məmnunluğunu ifadə
etdi. Çeyz Keri yarışlar üçün
Bakıda çox gözəl şəraitin
yaradıldığını xüsusi
vurğuladı.
Azərbaycan.-
2017.- 30 iyun.- S.6.