Şəki daha bir festivala evsahibliyi
etdi
VIII “İpək yolu” Beynəlxalq
Musiqi Festivalı həm yerli sakinlərdə, həm də qonaqlarda xoş ovqat yaratdı
Artıq festivallar şəhəri
kimi tanınan qədim Şəki son illər bir çox beynəlxalq tədbirlərə evsahibliyi
edib. Dünyanın fərqli ölkə
və qitələrini
təmsil edən ayrı-ayrı sənət
sahiblərinin qatıldıqları
tədbirlər istər
şəkililərdə, istərsə
də qonaqlarda xoş ovqat yaradır. Hazırda Şəkidə növbəti musiqi bayramı keçirilir.
Bu festival artıq ənənəvi hal alıb. Festival çərçivəsində konsertlər memarlıq abidələrinin önündə
təşkil edilir.
Bununla da Şəkinin tarixi, memarlığı,
folkloru geniş şəkildə təbliğ
edilir.
Şəki Xan Sarayı da daxil olmaqla UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim
olunan 84 tarixi abidə var. Həmçinin
Şəki əsrlər
boyu ipəyin vətəni sayılıb
və bu gün də burada ipək istehsal olunur.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqı və Şəki Şəhər
İcra Hakimiyyətinin
birgə təşkilatçılığı
ilə təşkil olunan Şəki “İpək yolu” VIII Beynəlxalq Musiqi Festivalında Azərbaycanın
tanınmış musiqi
kollektivləri ilə
yanaşı, Türkiyə,
Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar
çıxış edirlər.
İyunun 27-də axşam saatlarında “Marxal” müalicə-istirahət
kompleksinin Yay Teatrında festivalın təntənəli açılış
mərasimi keçirilib. Mərasimdə festivalın təşkilatçı
qurumlarının rəhbərləri,
şəhər ictimaiyyətinin
nümayəndələri, musiqisevərlər iştirak
ediblər.
Tədbirin bədii
rəhbəri, Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri, UNESCO-nun Sülh
Naminə artisti Firəngiz Əlizadə çıxış edərək
möhtəşəm musiqi
bayramı kimi gözəl ənənəyə
çevrilən və
artıq səkkizinci dəfədir keçirilən
Şəki “İpək
yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə
və qonaqlara unudulmaz anlar yaşadacağını söyləyib.
O bildirib ki, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam
həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar hazırkı festivalda müsəlman ölkələrindən
olan iştirakçılara
üstünlük verilib.
Firəngiz Əlizadə
festivalın proqramında
Azərbaycan musiqi mədəniyyətinin də
geniş təmsil olunduğunu bildirib: “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək,
Şəki “İpək
yolu” VIII Beynəlxalq Festivalı yenə də insanların qəlbində gözəl
duyğular, silinməz
izlər buraxacaq”.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov qədim mədəniyyət
mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların
təşkili üçün
gözəl məkan olduğunu, onun artıq “festivallar şəhəri” kimi tanındığını vurğulayıb. Qeyd edib ki, hər
il bu şəhərdə
keçirilən beynəlxalq
festivallarda dünyanın
bir çox ölkələrindən
gəlmiş musiqi kollektivləri, sənətçilər
iştirak edir. “İpək yolu”
Beynəlxalq Musiqi Festivalı isə Şəkinin mədəni
həyatında mühüm
hadisədir.
Ölkəmizdə mədəni
irsin qorunub saxlanmasına, xalqımıza
xas zəngin mədəniyyətin təbliğinə
daim yüksək diqqət və qayğı göstərildiyini
bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, UNESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü
işlərin əhəmiyyətini
xüsusi vurğulayıb.
Qeyd edək ki, 2016-cı ildə Şəkinin TÜRKSOY tərəfindən
“Türk dünyasının
mədəniyyət paytaxtı”
elan olunması və “paytaxt ili” çərçivəsində
keçirilən Şəki
“İpək yolu” VII Beynəlxalq Musiqi Festivalı Şəki şəhərinin, eyni zamanda nadir Azərbaycan mədəniyyətinin təbliğində
əhəmiyyətli rol
oynayıb.
Şəkinin mədəni
inkişafının sürətləndirilməsinə
göstərdiyi böyük
dəstəyə, şəhərin
zəngin mədəni
irsinin dünya səviyyəsində tanıdılması
və təbliği sahəsində xidmətlərinə
görə Firəngiz
Əlizadə “Şəkinin
fəxri vətəndaşı”
adına layiq görülüb.
Rəsmi hissədən sonra musiqisevərlərə festivalın
ilk konserti əməkdar
incəsənət xadimi,
bəstəkar Aygün
Səmədzadənin müəllif
gecəsi təqdim olunub.
Xalq artisti Ənvər Sadıqov (qarmon), əməkdar artistlər İlqar Muradov, Elnur Əhmədov (kamança),
Aygün Bəylər,
Nurlan Növrəsli, müğənnilər Leyla
İdrisova, Vüsal Hacıyev və başqaları bəstəkarın
əsərlərini səsləndiriblər.
Onları xalq artisti Teymur Göyçayevin bədii
rəhbərliyi və
dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.
Uğurla başa çatan konsertin sonunda Aygün Səmədzadəyə
və orkestrin bədii rəhbəri Teymur Göyçayevə
xatirə hədiyyəsi
- festivalın simvolu təqdim olunub.
Festival çərçivəsində
iyunun 28-də günorta
saatlarında Yay Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun, axşam isə Şəki Xan Sarayının həyətində Ania Broda (Polşa) və “GuessousMesi Trio” qrupunun (Macarıstan) konserti təşkil olunub.
Həmçinin Şəki Musiqi Kollecində Cövdət Hacıyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Axşam saatlarında
Marxal yay teatrında isə Təbriz rəqs qrupunun konserti olub.
Ardınca Şəki Xan Sarayında Türkiyə qrupunun, Yuxarı Karvansarada isə Gürcüstan uşaq mahnı və rəqs ansamblının konsertləri reallaşdırılacaq.
Əli SƏLİMOV
Azərbaycan.-
2017.- 30 iyun.- S.16.