Elmə həsr edilmiş ömür
Bu gün Azərbaycanın görkəmli alimi akademik Cəlal Əliyevin, yaşasaydı 89 yaşı tamam olardı. Elm, onun zəngin yaradıcılıqla və eyni zamanda, enişli-yoxuşlu və mübarizələrlə dolu olan bütün ömrünün mənasını təşkil edirdi. Bir söhbət zamanı o, belə demişdi: Əgər Tanrı mənə ikinci bir həyat bəxş etsəydi, heç düşünmədən yenə də elm yolunu seçib həyatımı ona həsr edərdim.
Akademik Cəlal Əliyevin ömrünü bağladığı və bütün səmimiyyəti ilə ona xidmət etdiyi elmin sirri nədir? Elm gözəlliklə, harmoniya, estetika ilə zəngin və yaşadığımız dünyaya paralel olan əsrarəngiz bir kainatdır. Fəqət, elmin sehri və möhtəşəmliyi ona məxsus estetik gözəlliklərlə də bitmir. Hələ XVI əsrdə dahi Galileo Galiliey Təbiətin kitabı elm dilində yazılmışdır- söyləyərək təbiətin və elmin bütünlüyünü bəşəriyyətə anlatmağa çalışırdı. Elmin əsas funksiyalarından biri də informasiya selini nizamlamaqdan ibarətdir. Tanınmış rəssamların əsərlərini adi boya rənglərindən fərqləndirən də bu nizamdır. Akademik C.Əliyevin elmi yaradıcılığı və fəaliyyəti də bu İlahi nizamın bir təcəssümü və təzahürüdür.
Elm, incəsənət, mədəniyyət azad düşüncə və təfəkkürün olmadığı yerdə inkişaf edə bilməz. Akademik C.Əliyevin ömrünü elmə həsr etməsinin bir səbəbi, bəlkə də onun ruhundakı və xarakterindəki bu azadlıq sevgisi və coşqusudur.
Böyük elm xadimlərinin həyat yoluna nəzər salarkən onların çoxunun məşhur elmi mərkəzlərdə yetişdiyini və fəaliyyət göstərdiyini görürük. Amma akademik C.Əliyev belə mərkəzlərdə təhsil almadı. Fitri istedadı və böyük zəhməti sayəsində o özü bir məktəb yaratdı və bu məktəbi bütün dünyaya tanıtdı. Akademik C.Əliyev öz elmi məktəbini həm də elə bir dövrdə yaratdı kı, bu dövr ötən əsrin postsovet məkanında elmin maddi baxımdan çox ağır vəziyyətdə olduğu bir zamana təsadüf edirdi. Belə bir elmi mərkəzin yaradılması və onun dünyaya tanıdılması əsl elmi qəhrəmanlıq nümunəsidir. Rusiya Elmlər Akademiyasının akademiki, dünyaca tanınmış alim İ.A.Tarçevski Cəlal Əliyevi böyük zəhmətkeş adlandırırdı. Ancaq sadəcə, zəhmətkeşlik onun uğurlarının əsasını təşkil etmirdi. Buna onun incə və dərin düşüncəsini, mahir təşkilatçılıq qabiliyyətini də əlavə etmək lazımdır- deyirdi akademik İ.A.Tarçevski.
Akademik C.Əliyev elmin çox önəmli
fundamental bir prinsipini həyata keçirirdi. Bu prinsip fundamental nəzəri-elmi
nəticələr əsasında
təcrübi nümunələr
yaratmaq və bu nümunələri praktik nəticələrə
çevirmək ideyasına
əsaslanırdı. Akademik C.Əliyev və onun yaratdığı elmi məktəb bu prinsipə əsaslanaraq molekulyar biologiya sahəsində dərin və fundamental elmi nəticələr əldə edib yeni taxıl sortları yaratdı.
Bu sortlar daha
sonra dünya tərəfindən qəbul
olunaraq istifadə edilməyə başladı.
Rusiya Elmlər Akademiyasının Bitkiçilik
İnstitutunun direktoru,
akademik V.Draqavtsev bu nəticələrlə
tanış olduqdan sonra demişdir: Taxıl sahəsində böyük
hadisə baş verdi. Artıq demək olar
ki, ideal taxıl sortu yaradılmışdır.
Amma elmin bu zirvəsinə
gəlməzdən öncə
akademik Cəlal Əliyev həyatın çox ağır imtahanlarından keçməli
oldu. Elmin mövcud sərhədlərini
aşan böyük ideyalar kimi, C.Əliyevin də biologiya elminə riyaziyyat, fizika və digər fundamental elmlərin cəlb edilməsi fikri də bir zamanlar
ağır ittihamlara və təzyiqlərə
məruz qaldı.
Fundamental elmlərin biologiyanın inkişafına
verəcəyi təkanı
ötən əsrin
70-ci illərində anlamaq,
görmək yalnız
C.Əliyev kimi dərin elmi təfəkkürə və
intuisiyaya malik olan alimlərin bacara biləcəyi elmi bir hünərdir.
Ötən əsrin
60-70-ci illərində buna
bənzər bir hadisə M.V.Lomonosov adına Moskva
Dövlət Üniversitetində
baş vermişdir. XX əsrin ən
böyük riyaziyyatçılarından
olan akademik Israel Moiseyeviç Gelfand Moskva Dövlət Üniversitetində riyazi biologiya laboratoriyasını
yaradaraq, biologiya, tibb və genetika
sahəsində çox
böyük uğurlar
qazanmışdır. XXI
əsrdə elmin inkişafının onun müxtəlif və bəzən də çox uzaq sahələrinin qarşılıqlı
təması və inteqrasiyası nəticəsində
meydana gələcəyini
öncədən görmək
akademik I.Gelfand və C.Əliyev kimi elm nəhənglərinin
vəzifəsidir. Amma əgər
akademik Gelfand bu fəaliyyətinə görə böyük mükafatlara layiq görüldüsə, akademik
C.Əliyev bundan əziyyət çəkdi
və hətta ona qarşı cinayət işi açıldı. Amma bütün
çətinliklərə baxmayaraq, o, öz yolundan dönmədi və qalib gəldi.
Elmin tarixində belə misallar mövcuddur. Hətta ölüm hökmünə
baxmayaraq, belə alimlər öz əqidələrindən dönməyiblər
və bu alimlərin adları elmin tarixinə qızıl hərflərlə
yazılıb. Vətəndaş-alim akademik Cəlal Əliyev də onlar arasında öz şərəfli yerini tutanlardandır.
Akademik Cəlal Əliyev Azərbaycanda baş verən və Azərbaycan xalqının
taleyi ilə baglı olan bütün hadisələrə
öz vətəndaş
münasibətini heç
bir təhdiddən çəkinmədən cəsurcasına
açıq şəkildə
bildirir və mübarizə aparırdı. Hər zaman
da bu mübarizələrdən
qələbə ilə
çıxırdı. O, elmin və incəsənətin
yaşadıgı böhranlı
illərdə belə,
elmə olan sədaqətini tərk etmədi və özünəməxsus bir
elmi məktəb yaratdı. Bu məktəbin
əsas xüsusiyyəti
əldə edilən
fundamental elmi nəticələri
yubandırmadan təcrübə
sahəsində sınaqdan
keçirmək və
insanların xidmətinə
verməkdən ibarətdir.
O, yaratdığı elmi
məktəbi, məktəb
də onu bütün dünyaya tanıtdı. Hazırda akademik C.Əliyevin
yetişdirdiyi tələbələr
dünyanın ən məşhur elmi mərkəzlərində, ABŞ, Yaponiya, İngiltərə
və digər ölkələrdə fəaliyyət
göstərirlər, öz
müəllimlərinin ideyalarını
davam etdirirlər.
Amma o, bu böyük şöhrətə illərcə
apardığı ağır
mubarizələrdən sonra
çatdı. Amma
bu gün kim bu illəri və bu mübarizələrə
sərf edilən zamanı, gücü və enerjini qaytaracaqdı? Nə qədər böyük ideyalar və layihələr həyata keçmədən onunla əbədiyyətə qovuşdu,
bəşəriyyət isə
elm adına çox şeylər itirmiş oldu.
Bütün keşməkeşlərə və
çətinliklərə baxmayaraq, akademik C.Əliyev əsl bir vətəndaş-alim kimi çox parlaq bir həyat
yaşadı. O, hər yerdə, elmdə, siyasətdə, cəmiyyətdə
nümunəvi bir şəxsiyyət idi. Ruhundakı cəsarət və çətin vəziyyətlərdən
çıxış yolu
tapma qabiliyyəti hər kəsi heyrətə gətirirdi.
Bu sətirlərin müəllifi xaricdə baş verən bir hadisədə C.Əliyevin qeyri-adi düşüncəsinin şahidi
olmuşdu. 1998-ci ildə Milli Məclisin nümayəndə
heyəti İngiltərəyə
rəsmi səfər etmişdi. İnformasiya blokadasında olan
Azərbaycan o illərdə
haqsız tənqidlərə
məruz qalırdı.
İngiltərə parlamentində görüşlərin
biri zamanı nümayəndə heyətimiz
yenə haqsız ittihamlarla qarşı-qarşıya
qaldı. Birdən
İngiltərə parlamentinin
üzvlərindən biri:
Gəlin vəziyyəti
izah etmək üçün Prezident Heydər Əliyevin qardaşına müraciət
edək - dedi və üzünü C.Əliyevə çevirərək,
Siz Prezidentin qardaşı deyilmisiz?- deyə soruşdu.
Araya dərin bir süküt çökdü. Amma
bir dəqiqə belə keçmədən
C.Əliyev söz alaraq dedi: Bəli,
mən Prezidentin deyil, azərbaycanlı Heydər Əliyevin qardaşıyam və bununla fəxr edirəm. Amma ailə dövlət
işlərini müzakirə
edib qərarlar qəbul etmək yeri deyil. Digər tərəfdən,
məni təcübləndirən
odur ki, bu gün Azərbaycanın
20 faiz ərazisi Ermənistan tərəfindən
işğal olunmasına
baxmayaraq və bütün dünya, o cümlədən İngiltərə
Azərbaycanın ərazi
bütövlüyünü tanımasına baxmayaraq, aqressora qarşı heç bir tədbir görmür. Əgər sizin ailələrinizdə
dövlət məsələləri
həll olunursa, öz övladlarınızdan
bu işğalın nə gədər ədalətli olub-olmadığını
soruşarsınız. Əminəm
ki, sizin məsum və ədalətli övladlarınızın
verəcəyi cavab mənim düşündüklərim
ilə eyni olacaqdır. Bu cavab ingilis siyasətçisinə
dərin bir intellektə sahib siyasətçi-alimin
verdiyi bir master klass idi.
Akademik C.Əliyev sənəti və mədəniyyəti
dərindən bilən
və ona yüksək qiymət verən bir şəxsiyyət idi. Moskvaya olan
hər səfərində
Böyük Teatra və ya Kreml
Sarayına getmə fürsətini qaçırmazdı.
O, ətrafındakı insanlara
da bu mədəniyyət
ocaqlarına getməyi
tövsiyə edərdi.
Bir dəfə Moskvada Sonalar gölü baletinə bilet tapıb yoldaşlarını
da oraya dəvət etmişdi.
Bəziləri baletə getməkdən
boyun qaçırmaq üçün müxtəlif
bəhanələr gətirirdi.
Biri hətta dedi ki, mövzu
köhnə olduğundan
oraya getmək istəmir. Cəlal Əliyev dərhal ciddi bir şəkildə:
Xeyr, qu quşları bu gün Moskvanın ətrafında olan göllərdən gətirilib,
ona görə hər şey təzə olacaq- deyə cavab verdi. Bu, elmdə çox ciddi nəticələr əldə etmiş böyük bir alimin incə yumoru idi.
Musiqidə və elmdə tanınmış şəxslər iki kateqoriyaya bölünür: bir neçə məşhur əsərlər yaradanlar və bununla tanınmış olanlar. Amma elə şəxslər də var ki, onları məşhur edən dünya elminə gətirdikləri və bir çox anlayışları dəyişən yeni yanaşmalarıdır. Akademik Cəlal Əliyev məhz bunlardan idi. Qədim və zəngin tarixi olan ölkəmizdə elmə hər zaman böyük maraq olmuşdur. Azərbaycanın böyük filosof-şairi Nizami Gəncəvi hələ XII əsrdən bizə belə səslənmişdi:
Elmlə, ədəblə tapılar şərəf
Mirvari olmasa, nə lazım sədəf.
Akademik
Cəlal Əliyev elmin mirvarisi
olub ona şərəf
verən və ölkəmizi dünyaya
tanıdan bir şəxsiyyət idi.
Asəf HACIYEV,
AMEA-nın akademiki, Qara
Dəniz İqtisadi
Əməkdaşlıq
Təşkilatının Parlament Assambleyasının Baş
katibi
Azərbaycan.-
2017.- 30 iyun.- S.15.