Prezident İlham Əliyev Pakistan dövlətinin başçısı adından verilən şam yeməyində iştirak edib

 

Fevralın 28-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edən nümayəndə heyəti rəhbərlərinin şərəfinə şam yeməyi verilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

 

Azərbaycan.- 2017.- 1 mart.- S. 2.