Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan ilə İslamabadda görüşü olub
Fevralın 28-də İslamabadda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirildi.
Enerji sahəsində həyata keçirilən layihələrdən danışıldı, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulandı.
İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirildi.
Söhbət zamanı
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-
2017.- 1 mart.- S. 2.