Şəhid hərbçi Zakir Cəfərov
paytaxtın Nizami rayonunda
son mənzilə yola
salınıb
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçumuz Zakir Cəfərovun fevralın 28-də Bakının Nizami rayonunda son mənzilə yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhidin cənazəsi son mənzilə izdihamlı dəfn mərasimində iştirak edən minlərlə insanın “Qarabağ bizimdir!”, “Azərbaycan” sədaları altında yola salınıb.
Şəhidin dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayonun hüquq mühafizə orqanlarının kollektivləri, şəhidin döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri, minlərlə rayon sakini iştirak edib.
Şəhidin tabutu üzərinə çəkilmiş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
İzdihamlı mərasimdə
çıxış edənlər şəhidin ailə
üzvlərinə və yaxınlarına dərin hüznlə
başsağlığı veriblər. Qeyd edilib
ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda
canından keçən Zakir kimi igidlərin əməlləri, fədakarlığı
vətənpərvərliyi torpaqlarımızın tezliklə
işğaldan azad
olunacağını deməyə əsas verir.
Çünki bu
torpağı canından artıq sevən cəsarətli, vətənpərvər
gənc nəsil yetişir. Elə
mərasimdə uca dalğalanan
bayrağımız, açılan yaylım atəşləri,
hər yanı bürüyən çiçəklər də
həm şəhidlərimizin, həm də
xalqımızın yenilməz ruhunun,
tezliklə Ali Baş
Komandanımızın başçılığı ilə
qazanılacaq qələbənin müjdəçisidir.
Azərbaycan.-
2017.- 1 mart.- S. 5.