Əhəd Qəzayi: Azərbaycan beynəlxalq tədbirlərə
ev sahibliyi etməyi
yaxşı bacaran nüfuzlu
bir ölkədir
Azərbaycan Prezidenti İlham Əliyev hər bir siyasi addımını vaxtında və dəqiqliklə atan dövlət xadimidir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dövlət başçısının vaxtında və dəqiqliklə atdığı addımlardan biridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzayi deyib.
Əhəd Qəzayi bildirib ki, bu gün dünyada yaşayan bütün müsəlman xalqlarının birliyə və həmrəyliyə böyük ehtiyacı var. Xalqların yaxınlaşması və həmrəyliyi yalnız fayda verə bilər. Həmrəylik dostluğun və qardaşlığın əsasıdır. İslam Həmrəyliyi Oyunları bütün dünyaya müsəlmanların həmrəyliyini göstərəcək. Bu, İslam dininin və müsəlmanların neqativ obrazını yaratmağa çalışanlara tutarlı cavab olacaq.
“Mən bir müsəlman kimi bu təşəbbüsünə görə
Prezident İlham
Əliyevə minnətdarlığımı bildirirəm”, -
deyən Ə.Qazayi qeyd
edib ki, Azərbaycan öz inkişafı ilə beynəlxalq səviyyəli
həm idman, həm də siyasi
tədbirlərə ev sahibliyi
etməyi yaxşı bacaran nüfuzlu bir ölkəyə
çevrilib.
Azərbaycan.-
2017.- 1 mart.- S.8.