Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat
məktəbi yenidənqurmadan sonra istifadəyə
verilib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulub, balacaların istirahətinin mənalı təşkili üçün əyləncə-istirahət guşələri yaradılıb.
Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin “Rəşadətli Azərbaycan Ordusu” fotostendi də var.
Bu məktəb 1961-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 945 şagird təhsil alır və onlardan 158 nəfəri xüsusi təhsilə cəlb olunub. 2016-2017-ci tədris ilində məktəbdə təhsil alan şagirdlər 59 sinif üzrə qruplaşdırılıb. Onlardan 38-i ümumtəhsil sinifləri, 21-i isə xüsusi siniflərdir. Ümumtəhsil siniflərində təlim Azərbaycan və rus dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra şəhadətnamə alırlar.
Azərbaycanın Birinci vitse-prezidenti məktəbin animasiya studiyasında oldu. Burada uşaqlara
kadrların hərəkət
qaydaları, ssenari yazmaq, onu kadrlaşdırmaq,
montaj işi və animasiyanın digər sirləri öyrədilir. Bildirildi ki,
buradakı uşaqların
işlərinin gələcəkdə
beynəlxalq səviyyədə
tanıdılması və
müsabiqələrdə iştirakı
nəzərdə tutulur.
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların hazırladığı animasiya
filminə baxdı.
Xüsusi təhsil proqramları ilə yanaşı, şagirdlər məktəbin
tədris emalatxanalarında
tikiş, naxışvurma,
xalçaçılıq və dulusçuluq üzrə peşələrə
yiyələnirlər. Şagirdlər, həmçinin məktəbdə
“Bacarıqlı əllər”
və rəsm dərnəklərində məşğul
olurlar. İnternat məktəbində təsviri incəsənət
kabineti də fəaliyyət göstərir.
Bununla yanaşı, çətin
həyat şəraiti
olan ailələrdən
114 uşaq günərzi
mərkəzə cəlb
edilib. Məktəbdə uşaqların təlim-tərbiyəsi
ilə 139 müəllim
və tərbiyəçidən
ibarət işçi
heyət məşğul
olur.
Şagirdlər Azərbaycanın Birinci vitse-prezidentinə xatirə
hədiyyəsi təqdim
etdilər.
Sonra xatirə şəkli çəkdirildi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə 2005-ci ildə məktəbin yataq və tədris korpusu əsaslı təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. Heydər Əliyev
Fondunun prezidenti həmin il
təmirdən sonra məktəbin açılışında,
həmçinin kimsəsiz
məzunlar Nərgizlə
Vüqarın və Ceyranla Fərhadın məktəbdə keçirilən
toy məclisində iştirak
edib. 2013-cü ildə isə Fondun vitse-prezidenti Leyla Əliyeva internat məktəbində
olub. 2004-2005-ci tədris ilindən internat məktəbinin nəzdində ümumtəhsil
sinifləri açılıb
və sağlamlıq
imkanları məhdud uşaqlarla yanaşı, çətin həyat şəraitində və
risk qrupuna daxil olan ailələrin uşaqları da təhsilə cəlb edilib. Hazırda müəssisədə 787 nəfər şagird ümumtəhsil siniflərində
biliklərə yiyələnir.
İnternat məktəbi Təhsil
Nazirliyinin həyata keçirdiyi layihələrdə
də fəal iştirak edir. 2016-2017-ci tədris ilindən “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində müəssisədə bir
"Sağlam təhsil
sinfi" yaradılıb.
Əsaslı yenidənqurma işləri
çərçivəsində internat məktəbinin tədris korpusu da müasir səviyyədə təmir
edilib. Burada Ulu Öndərin büstü
qoyulub, fizika, kimya, biologiya
laboratoriyaları şagirdlərin ixtiyarına verilib.
Korpusun kitabxanası, dərs və kompüter otaqları, həmçinin idman zalı da müasir səviyyədə qurulub.
Azərbaycan.-
2017.- 2 mart.- S. 3.