Amerikalı ekspertlər gələcəkdə ABŞ Administrasiyasında da qadın vitse -prezident olacağına ümid edirlər

 

 "The Huffington Post" Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan yazıb

 

ABŞ-da çıxan «The Huffington Post» qəzetində psixiatriya doktoru xanım Mellori Moss-Katsın özünü təsdiq etmiş qadınların yüksək vəzifələr tutmalarının vacibliyi barədə məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin edilməsindən danışılır.

Müəllif yazır ki, Mehriban Əliyeva bu il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Birinci xanım 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiridir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun başçısı kimi qlobal agentliklər, qeyri-hökumət təşkilatları humanitar layihələrlə sıx əlaqələr qurub. Fondun tərəfdaşları arasında 32 səfirlik, Dünya İşləri üzrə Amerika Şurası, UNICEF başqaları var. Fond dini mədəni tolerantlığın təşviq edilməsi istiqamətində fəaliyyət göstərir, Azərbaycanda onun hüdudlarından kənarda insanlara yardım göstərir.

Sonra müəllif yazır ki, bəzən Amerikada çoxları yüksək vəzifələrə namizəd olan qadınlara təkəbbürlə yanaşırlar. Məsələn, 2016-cı il prezident seçkilərinin ilkin kampaniyası zamanı ABŞ prezidentliyinə namizəd sabiq dövlət katibi Hillari Klintonun ölkənin ən yüksək vəzifələrindən biri olan dövlət katibi vəzifəsində qazandığı uğurlara baxmayaraq, opponentləri onu Bill Klinton administrasiyasının qəbul etdiyi qərarlara görə məsuliyyətə çağırıblar.

Sonra M.Moss-Kats yazır ki, Birinci vitse-prezident Mehriban Əliyevanın siyasətdə öz təcrübəsi var. O, üç çağırış parlament seçkiləri zamanı öz seçki dairəsindəki seçicilərin səslərinin 90 faizindən çoxunu toplayıb. O, Heydər Əliyev Fondunun prezidenti kimi resursların müəyyən hissəsini Azərbaycanda onun hüdudlarından kənarda insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilən humanitar layihələrə sərf edib. O, məktəb xəstəxana binalarının tikintisi layihələrinə rəhbərlik edib, Fransada Luvr Muzeyində Versal Sarayında bərpa layihələrinə ianələr edib. Birinci vitse-prezident Mehriban Əliyevaya dərin ehtiram hissi ilə yanaşır onu sevirlər.

M.Moss-Kats sonda ümidvar olduğunu bildirib ki, gələcəkdə ABŞ Administrasiyasında da qadın vitse-prezident olacaq.

 

Azərbaycan.- 2017.- 1 mart.- S. 4.