Azərbaycan Respublikasının 2001-ci il
29 iyun tarixli 168-IIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 453, ¹ 12, maddə 731; 2004, ¹ 10, maddə 760; 2005, ¹ 4, maddə 280, ¹ 10, maddələr 871, 872; 2006, ¹ 10, maddə 846, ¹ 11, maddə 927; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1073, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 10, maddə 882; 2009, ¹ 2, maddə 48, ¹ 6, maddə 399; 2010, ¹ 3, maddə 171, ¹ 4, maddə 273, ¹ 12, maddə 1057; 2011, ¹ 1, maddə 13, ¹ 2, maddə 71; 2013, ¹ 5, maddə 462; 2015, ¹ 5, maddə 489, ¹ 10, maddə 1090; 2016, ¹ 2, I kitab, maddə 187) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 17-ci maddədə “ləyaqətsiz” sözü “daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən” sözləri ilə əvəz edilsin.
2. 135-ci maddənin 9-cu bəndindən “ləyaqətsiz” sözü çıxarılsın.
3. 139-cu maddədə “fiziki cəhətdən sağlam olan” sözlərindən sonra “kiçik (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir),” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral
2017-ci il
Azərbaycan.- 2017.-
4 mart.- S.2.