“Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22
yanvar tarixli 265 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22
yanvar tarixli 265 nömrəli Fərmanını “Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 oktyabr tarixli 335-VQD nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
“Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 44; 2002, ¹ 8, maddə 478;
2006, ¹ 8, maddə 677, ¹ 12, maddə 1034; 2007, ¹ 3, maddə 226;
2009, ¹ 6, maddə 414; 2011, ¹ 11, maddə 1009; 2016, ¹ 3, maddə
471, ¹ 6, maddə 1045) 2-ci hissəsinin onuncu abzasının
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda on birinci abzas əlavə
edilsin:
“həmin Məcəllənin
355-11.1-ci və 355-14-cü maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti həyata keçirir.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 mart 2017-ci il
Azərbaycan.-
2017.- 4 mart.- S.2.