Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsini “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9, maddə 787; 2014, ¹ 10, maddə 1155, ¹ 11, maddə 1368; 2016, ¹ 11, maddə 1791) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci maddəyə “Qanunundan,” sözündən sonraAntidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.

2. 224-cü maddə üzrə:

2.1. 224.1-ci maddəyə “Gömrük tarifi haqqında”,” sözlərindən sonraAntidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”,” sözləri əlavə edilsin;

2.2. 224.3-cü maddədə “Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə ixracidxal edilən” sözləri  “Malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi” sözləri ilə əvəz edilsin və “xüsusi rüsumlar və” sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 224.3-1-ci maddə əlavə edilsin:

“224.3-1. Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə idxal edilən mallaraAntidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi, antidempinqkompensasiya rüsumları tətbiq olunur.”.

3. 267.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 267.1.3-cü maddə əlavə edilsin:

“267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2017-ci il

 

Azərbaycan.- 2017.- 5 mart.- S.1.