Azərbaycan idmanı ilə də nümunə göstərir
5 mart Bədən
Tərbiyəsi və İdman Günüdür
Bu gün idman Azərbaycanda ictimai həyatın mühüm tərkib hissəsinə çevrilib. İdmançılarımız ildən-ilə dünyanın ən nüfuzlu yarışlarında yüksək nailiyyətlər əldə ediblər. Bütün bu uğurlar isə ölkədə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ümummilli inkişafa xidmət edən siyasi xətti həm də idmanın infrastrukturunun möhkəmləndirilməsi, müasirləşdirilməsi və inkişafını şərtləndirən digər tədbirlərlə müşayiət olunur. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də bu qayğının parlaq təzahürüdür.
Sağlamlığın qorunması və möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkənin idman şərəfinin beynəlxalq aləmdə daha da uca tutulmasında bədən tərbiyəsinin əhəmiyyəti və rolunu nəzərə alan Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Qüvvədə olan “Bədən tərbiyəsi və idman haqqında” qanun bu sahədə fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmasına imkan yaradır.
Hər il müxtəlif nüfuzlu beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və atletlərimizin müxtəlif turnirlərdə qazandığı yüksək nəticələr idmanda ölkəmizə böyük imic qazandırıb. İdmanımızın bu bayram günündə ötən bir ildə keçilmiş yoluna nəzər salmalı olsaq, paytaxtımızda keçirilən yarışlar sırasında dünyanın ən nüfuzlu avtomobil yarışlarından olan “Formula-1” Avropa Qran-prisinin Bakı mərhələsi yada düşər. İyunun 17-19-da təşkil olunan sürət yarışında 11 komandanın 22 pilotu qələbə uğrunda mübarizə aparıb. Sürət, çağırış və cazibə sözləri ilə simvolizə olunan Bakı Şəhər Halqası “Formula-1” yarışlarının ən yeni turniri idi. İndiyədək bütün yarışlarda olduğu kimi, bu dəfə də ölkəmizdə ən yüksək səviyyədə keçirilmiş “Formula-1” Avropa Qran-prisi dünyada əks-səda doğurub və 500 milyon tamaşaçı tərəfindən izlənilib.
Ötən ilin may ayında Azərbaycan daha bir nüfuzlu yarışa evsahibliyi edib. Bakıda 17 yaşlı futbolçular arasında 34-cü Avropa çempionatı keçirildi. Mayın 21-dək davam edən qitə birinciliyində 16 ölkənin - Azərbaycan, Belçika, Portuqaliya, İsveç, İngiltərə, Ukrayna, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Hollandiya, Danimarka, Serbiya, Fransa, İspaniya, Şotlandiya və Avstriya milli komandaları iştirak etdi. Turnirin qalibi adını isə finalda İspaniya yığmasına qalib gələn Portuqaliya millisi qazanıb.
Paytaxtımızın 2016-cı ildə evsahibliyi etdiyi möhtəşəm turnirlərdən biri də Ümumdünya Şahmat Olimpiadası idi. Sentyabrda sayca 42-ci dəfə təşkil olunan yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası medallar uğrunda mübarizə aparırdı. Bu, ölkələrin sayına görə olimpiadalar tarixində rekord göstərici idi. Ölkəmiz bu yarışlarda üç qadın və üç kişi komandası ilə təmsil olunurdu.
Ümumiyyətlə, idmançılarımız 2016-cı ildə 837 medal qazanıblar ki, bunlardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür. İdmançılarımızın qazandıqları nəticələrə nəzər salsaq, XXX Yay Olimpiya Oyunlarında qazanılan uğurları qeyd etmək kifayətdir.
Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin Braziliyanın Rio-de-Janeyro şəhərində göstərdikləri möhkəm iradə, əsl qələbə əzmi ölkə idmanının inkişafı sahəsində aparılan müntəzəm və məqsədyönlü işlərin bəhrəsi idi. Planetin ən mötəbər idman turnirində böyük uğur qazanaraq vətənə 18 medalla (1 qızıl, 7 gümüş, 10 bürünc) qayıdan idmançılarımız tarix yazdılar. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının mübarizə apardığı turnirə respublikamız 56 idmançı ilə qatılmışdı. Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq, islam, türk və Qafqaz ölkələri arasında lider oldu.
Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə
199 ölkə arasında
34-cü, Afinada 202 ölkə
arasında 50-ci, Pekində
205 ölkə arasında
39-cu, Londonda 204 ölkə
arasında 30-cu yeri tutmuşdusa, son olimpiadada medalların sayına görə 15-ci olduq. Medal sayına görə
MDB-də 2-ci, müsəlman
dövlətləri arasında
1-ci, Avropa qitəsində
7-ci yeri tutmağımız
Azərbaycan idmanının
inkişafının göstəricisidir.
Sevindirici haldır ki, buna kimi iştirak
etdiyimiz 5 olimpiadada qazanılan medallar 5 idman növündə qeydə alınmışdısa,
bu dəfə say 7-yə
yüksəldi. Bunlar güləş, atıcılıq,
cüdo, boks,
ağırlıqqaldırma, avarçəkmə (kayak və
kanoe) və taekvondodur.
Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşılardan biri olub. Finalda nigerli idmançıya
qalib gələn Radik (6:2) Olimpiya çempionu oldu. Milad Beiqi Harçeqani və Patimat Abakarova isə bürünc medala sevindilər.
Bu il
isə Azərbaycan idmançılarını daha
bir ciddi sınaq gözləyir. Belə ki, 2015-ci ildə təşkil olunan ilk Avropa Oyunlarından sonra mayın 12-22-də Azərbaycan daha bir nüfuzlu idman tədbirinə - sayca IV İslam Həmrəyliyi Oyunlarına
evsahibliyi edəcək.
Belə nüfuzlu bir yarışın Azərbaycanda keçirilməsi
haqqında qərar İslam Həmrəyliyi İdman Federasiyasının
(İHİF) 2013-cü il
iyulun 24-də Səudiyyə
Ərəbistanının Ciddə
şəhərində keçirilmiş
8-ci Baş Assambleyasında
57 üzv ölkənin
nümayəndələrinin səsverməsi yolu təsdiq olunub. Son 2 ildə belə
mötəbər yarışlara
evsahibliyi etməklə
Azərbaycan bir sıra aparıcı idman ölkələrinə
nümunə göstərilir.
“Bakı-2015”dən sonra belə nüfuzlu tədbirin paytaxtımızda
təşkili irimiqyaslı
idman turnirlərinin keçirilməsində Azərbaycanın
malik olduğu potensial imkanları bir daha nümayiş
etdirəcək, müsəlman
ölkələri arasında
idman əlaqələrini
genişləndirəcək, ölkəmizin beynəlxalq
idman aləmində nüfuzunun daha da artmasını təmin edəcəkdir.
Dünyanın 50-dən çox
islam dövlətinin
5 minədək idmançısının
yarışacağı 4-cü İslamiada islam Həmrəyliyi Oyunları
yarışlarının tarixində
yeni mərhələ
olacaq. “Bakı-2017”nin proqramına
24 idman növü - atletika, para-atletika, suyatullanma, üzgüçülük,
su polosu, basketbol 3x3, futbol, bədii gimnastika, idman gimnastikası, uşu, stolüstü
tennis, həndbol, cüdo,
paracüdo, yunan-Roma güləşi, sərbəst
güləş, atıcılıq,
tennis, voleybol, boks, zorxana, karate, taekvondo və ağır atletika daxildir.
Yarışlar Bakı
Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall
Hall”, Bakı Tennis Akademiyası,
Heydər Əliyev adına İdman Arenası, Sərhədçi
İdman Kompleksi, Azərbaycan Ağır Atletika Akademiyası, Dalğa Arena, “Bakcell
Arena”, Bakı Atıcılıq
Mərkəzi, Milli Gimnastika Arenasında keçiriləcək.
Prezident İlham Əliyevin idmanı sevməsi, idmançılara xüsusi
həssaslıqla yanaşması,
yeni olimpiya idman komplekslərinin və bazalarının yaradılması haqqında
qərarları insanları
bu sahəyə cəlb edir. İndi nəinki
paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində
40-dan çox müasir
olimpiya idman mərkəzləri fəaliyyət
göstərir. Bir-birinin ardınca
istifadəyə verilən
olimpiya idman komleksləri indi bölgə idmanının
inkişafında mühüm
rol oynayır.
Bu gün
isə idman ictimaiyyəti - gənclər
təşkilatları, idman
klubları, federasiyalar
öz bayramlarını
qeyd edəcəklər. Bayram münasibətilə
müxtəlif tədbirlər
keçiriləcək, paytaxtın
mərkəzində idmançıların
nümunəvi çıxışları
olacaq. Həmçinin gənc nəslin
ən yaxşı nümayəndələri və
ən yaxşı idmançılar mükafatlandırılacaqlar.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.- 5 mart.- S. 3.