Dilçilik elmi yeni keyfiyyət mərhələsində

 

Azərbaycan dilçiliyi: bu günü və yaxın gələcəyi

 

Öz kökləri ilə orta yüzilliklərə gedib çıxan Azərbaycan dilçiliyi uzun bir inkişaf yolu keçərək XX əsrdə müasir elmi tələblər səviyyəsində formalaşmış və daha da təkmilləşərək humanitar elmlər sırasında layiqliseçkin yerlərdən birini tutmuşdur. Azərbaycanda dilçilik elmi xüsusilə keçən əsrin 60-80-ci illərində zəngin inkişaf yolu keçmiş, böyük uğurlarelmi nailiyyətlər qazanmışdır. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan dilinin müxtəlif yönümlərdən araşdırılması sahəsində məqsədyönlü elmi-tədqiqat işləri həyata keçirilmiş və onların nəticəsi olaraq bir sıra dəyərli monoqrafiyalar, dərslik və kitablar ərsəyə gətirilmişdir.

Məhz həmin dövrdə - 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlikMüasir Azərbaycan dili” dərsliyi Respublika Dövlət Mükafatına layiq görülmüşdür. Yenə həmin dövrdə ulu öndərin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan uğurlu dil siyasəti daha bir bəhrəsini vermiş, Azərbaycanın keçmiş Sovetlər İttifaqında, eyni zamanda, beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınması ilə nəticələnmişdir. Belə ki, keçən yüzilliyin 70-ci illərində SSRİ Elmlər Akademiyasının türk dillərinin tədqiqi sahəsində yeganə elmi orqanı olan nüfuzluSovetskaya türkologiya” jurnalı Bakıda nəşrə başlamışdır. Yeri gəlmişkən qeyd edək ki, bu jurnal hazırda AMEA-nın Rəyasət Heyətinin orqanı olaraqTürkologiya” adı ilə beynəlxalq dərgi statusunda əvvəlki dövrlə müqayisədə daha geniş elm sahələrində (dilçilik, ədəbiyyatşünaslıq, folklor, tarix, fəlsəfə, sənətşünaslıq s.) və dörd dildə öz fəaliyyətini uğurla davam etdirməkdədir.

Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributlarından olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması üçün daha böyük imkanlar yarandı, mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti və misilsiz tarixi xidmətləri mühüm və həlledici rol oynadı. Belə ki, ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi.

Müstəqillik illərində ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönələn dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı olmuşdur. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilin azərbaycançılıqla birbaşa bağlılığı məsələsini xüsusi olaraq vurğulamışdır.

Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunumövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.

Ümummilli liderin önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısının bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir.

Prezident İlham Əliyev 2012-ci ildə Azərbaycan dilidilçiliyi ilə bağlı iki mühüm sənədə imza atmışdır. Onlardan biri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında 2012-ci il 29 may tarixli sərəncamdır. Ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədi olan bu sərəncama əsasən Azərbaycanda dilçilik elminin daha da gücləndirilməsi məqsədilə adı çəkilən quruma dövlət büdcəsindən iki milyon manat vəsait ayrılmışdır ki, bu da birbaşa dövlət dilinə olan daimi qayğı və diqqətin göstəricisidir.

Dövlət başçısının 23 may 2012-ci il tarixli sərəncamı isə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” adlanır. Bu sərəncamla Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmış və ədəbi dil normalarının gözlənilməsi, eləcə də Azərbaycan dilçilik elminin səviyyəsinin daha da yüksəldilməsini özündə ehtiva edən dövlət proqramının hazırlanması məqsəd olaraq qarşıya qoyulmuşdur. Bir müddət sonra adı çəkilən dövlət proqramı hazırlanmış və ölkə Prezidentinin 9 aprel 2013-cü il tarixi sərəncamı ilə təsdiq edilmişdir. Sərəncamda göstərildiyi kimi, “...hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyədə yüksəldilməsini tələb edir”.

Qeyd edək ki, dövlət proqramında qarşıya qoyulan bir sıra məqsəd və vəzifələrin həlli birbaşa olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun öhdəsinə düşür. Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan bu elmi müəssisədə ölkə Prezidentinin Azərbaycan dili haqqındakı 9 aprel 2013-cü il tarixli sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə bir sıra əməli işlər görülmüşdür. Onlar sırasında ilk növbədə Dilçilik İnstitutunda dörd yeni şöbənin yaradılmasını qeyd etmək lazımdır: Sosiolinqvistikadil siyasəti, Qədim dillər və mədəniyyətlər, Kompüter dilçiliyi, Monitorinq. İnstitutda aparılmış struktur dəyişiklikləri Azərbaycan dilçiliyinin Avropadünya elminə inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin beynəlxalq səviyyədə tanınmasına və nüfuz qazanmasına, eləcə də dünya dilçiliyində aparıcı yer tutan yeni sahələrin, qədim dillər və mədəniyyətlərin araşdırlmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə yol açır. Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin və Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması, həmçinin Azərbaycan dilinin yeni orfoqrafik, izahlı, frazeolojiterminoloji lüğətlərinin hazırlanması, müxtəlif dialekt və şivələrin müasir tələblər səviyyəsində öyrənilməsi sahələrində də müəyyən işlərə artıq başlanılmışdır. Bundan əlavə, dilimizə son 20-30 ildə daxil olmuş yeni sözlərin, o cümlədən terminlərin lüğəti hazırlanmış və nəşrə təqdim olunmuşdur.

İnstitutun Sosiolinqvistikadil siyasəti şöbəsində qısa bir müddətdə dünya dilçilik elmində xüsusi yer tutan koqnitiv dilçilikpsixoloji dilçiliyin müddəalarını rəhbər tutaraq elmlə tədrisin inteqrasiyası işığında “linqvo-psixoloji vəhdət” nəzəriyyəsi yaradılmışdır. Artıq 3 ildir ki, “linqvo-psixoloji vəhdət nəzəriyyəsi” respublikamızın bir neçə universitetində magistraturadoktorantura səviyyəsində seçmə fənn kimi tədris olunur. Cari ildən başlayaraq Dilçilik İnstitutunda sözügedən nəzəriyyə bazasında Azərbaycan dilini müstəqil öyrənən əcnəbilər üçün elektroninteraktiv tədris vəsaitlərinin hazırlanması planlaşdırılır. Bu yuxarıda adı çəkilən dövlət proqramında yer alan Azərbaycan dilində internet resurslarının yaradılması prosesinin tərkib hissəsidir. Şöbədə aparılan əsas elmi-tədqiqat işlərindən biri də ölkəmizdə yaşayan digər xalqların, etnik qrupların dillərinin Azərbaycan dili ilə qarşılıqlı və müqayisəli aspektdə öyrənilməsidir. İnstitutda cari ildən başlayaraq koqnitiv dilçilikstruktur dilçiliyi istiqamətində araşdırmalar da aparılacaqdır.

Azərbaycan dilçiliyinin ən yeniperspektivli sahələrindən biri olan kompüter dilçiliyi ilə bağlı da institutda müəyyən elmi-tədqiqat işlərinə start verilmişdir. Belə ki, dövlət proqramının icrasına dair tədbirlər planındakı mühüm bəndlərdən biri olan Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması işinə başlanılmış və onun əsas hissəsinin cari ilin sonunda tamamlanması nəzərdə tutulmuşdur. Qısa müddət ərzində informasiya bazasının saytı yaradılmış və qeydiyyata alınmışdır. Altı blokdan ibarət informasiya bazasında Azərbaycan dili və dilçiləri haqqında ümumi məlumat, dillə bağlı qanunlar və ayrıca dilçilik kitabxanası yer alacaqdır. Kompüter dilçiliyinin istiqamətlərindən biri olan korpus dilçiliyi sahəsində də müəyyən işlərə artıq start verilmişdir. Qeyd edək ki, korpus dilçiliyi konkret dildə mətnlərin elektron qaydada toplanmasına əsaslanan informasiya - axtarış sistemidir. Daha çox milli korpus adı ilə tanınan bu sistemdə dil müəyyən mərhələdə tam şəkildə: bütün üslubları və janrları, ədəbi dili və dialektləri ilə təmsil olunur. Qeyd edək ki, korpus dilçiliyi ilə bağlı institutun baş elmi işçisi professor Məsud Mahmudovun rəhbərliyi ilə hazırlanmış layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qalibi hesab olunmuşdur. Layihə çərçivəsində 2017-ci il ərzində ən çox istifadə olunan lüğətlərin Azərbaycan dili portalında yerləşdirilməsi, ictimai monitorinqin nəticələrinin təhlili, eləcə də lüğətlərin onlayn olaraq təkmilləşdirilməsi və yenilənməsi nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edək ki, 2016-cı ildə institutun daha bir layihəsi Elmin İnkişaf Fondunun qalibi sayılmışdır. Bu sətirlərin müəllifinin rəhbərliyi ilə hazırlanmış həmin layihə “Müasir Azərbaycan ədəbi dilində terminologiyanın formalaşması və dilin lüğət tərkibinin zənginləşməsi yolları” adlanır və 2017-2018-ci illəri əhatə edir.

İnstitutda yeni yaradılmış “Qədim dillər və mədəniyyətlər” şöbəsi Azərbaycan dilinin yazıyaqədərki qaynaqlarının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. AMEA-da aparılan məqsədyönlü islahatlardan biri elmlə təhsilin inteqrasiyası ilə bağlıdır. Məhz bu istiqamətdə son iki ildə həmin şöbəyə 6 nəfər magistr qəbul edilmişdir ki, onlar tarixi toponimiya və qədim dillər (ivrit, latın, sanksrit) üzrə ixtisaslaşaraq yaxın gələcəkdə şöbənin elmi-tədqiqat işlərinin yerinə yetirilməsində yaxından iştirak edəcəklər. Burada qədim dillərə aid qaynaqların və araşdırmaların biblioqrafiyası hazırlanmış və 3 monoqrafiya, 60-dan çox məqalə nəşr edilmişdir.

İnstitutda yeni yaradılmış Monitorinq şöbəsinin fəaliyyəti ədəbi dil normalarının gözlənilməsi, bu sahədə yol verilən nöqsanların aradan qaldırılması ilə bağlıdır. Ədəbi dil normalarının pozulmasının qarşısının alınması məsələsinə geniş ictimaiyyətin də cəlb edilməsi üçün şöbənin nəzdində “qaynar xətt” yaradılmışdır.

Hazırkı qloballaşma dövründə Azərbaycan ədəbi dilinin terminlər hesabına zənginləşməsi yollarının araşdırılması, müxtəlif elm sahələrinə aid terminoloji bazanın yaradılması və təkmilləşdirilməsi kimi məsələlər də dilçilik elmimizin prioritet istiqamətləri sırasında mühüm yer tutur. Birbaşa bu problemlə bağlı Azərbaycan dilinin terminoloji bazasının inkişaf etdirilməsi, yad təsirlərdən qorunması, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müraciət imkanını təmin edən onlayn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə, eləcə də interaktiv forumların köməyi ilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsi kimi məsələlər institut qarşısında duran mühüm vəzifələr sırasındadır. Bütün bunlar nəzərə alınmaqla Azərbaycan terminologiyasının veb-portalı yaradılmışdır ki, bundan da başlıca məqsəd mövcud terminoloji lüğətləri vahid mərkəzdə toplamaq, elmin, texnikanın müxtəlif sahələrində çalışan mütəxəssislərə mövcud terminlərin izahında yardımçı olmaq, eləcə də termin yaradıcılığına xaricdə yaşayan soydaşlarımızı cəlb etməkdir.

Təsadüfi deyil ki, dövlət proqramında Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. İnstitutun Azərbaycan dialektologiyası şöbəsi dövlət proqramında nəzərdə tutulan bu bəndin həyata keçirilməsi məqsədilə böyük bir layihə - “Azərbaycan dilinin dialektoloji atlası” üzərində işə başlamışdır. 2014-2015-ci illərdə Azərbaycanın strateji əhəmiyyətli bölgəsi olan Naxçıvan Muxtar Respublikasının dialekt və şivələrini tədqiq edərək, 4 dildə (Azərbaycan, türk, ingilis, rus dillərində) “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlasının proqramı”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti”, “Azərbaycan dilinin Şərur şivələri”, “Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri” adlı qiymətli əsərləri işləyib hazırlamış, onları “Səsli elektron-atlas”, “Elektron-lüğət”, “Elektron-monoqrafiya” şəklində tərtib etmişlər. Hazırda şöbə əməkdaşları Azərbaycanın digər strateji əhəmiyyətli bölgəsi - Qarabağ Regional Mərkəzi ilə bağlı dialektoloji tədqiqatlar üzərində işləyir. Qarabağ torpaqlarının Azərbaycan xalqına məxsus olmasının sübutlarından biri məhz Qarabağ şivələrində olan dil faktlarıdır. Çünki qədim türk sözləri Qarabağ dialektinin əsasını, ən əski leksik layını təşkil edir. Qarabağ bölgəsindəki yer adları, toponimlərlə yanaşı, apelyativ leksika daha qədim dövrlərə aiddir. Bu baxımdan Qarabağ arealının timsalında qədim bir türk yurdunun dialektoloji atlasının tərtib olunması dövlətimiz və xalqımız üçün mühüm mənəvi-siyasi önəm daşıyır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ torpaqlarından didərgin düşmüş minlərlə soydaşımız digər bölgələrdə məskunlaşmışdır ki, bunun da nəticəsində həmin şivələrin məhv olmaq təhlükəsi yaranmışdır. Qarabağ şivələrinə aid dil nümunələrinin toplanması və araşdırılması nəticəsində əldə olunacaq mühüm bilgilər Azərbaycan xalqına dünya arenasında öz haqqını tələb etməsi üçün mənəvi stimul verəcəkdir. Şöbə əməkdaşları “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”, “Azərbaycan dilinin Qarabağ dialektoloji lüğəti”, “Azərbaycan dilinin Qarabağ şivələri” kimi əsərləri hazırlamağı planlaşdırır.

Məlumdur ki, Azərbaycan dili yalnız ölkəmizdə yaşayan azərbaycanlıların deyil, eyni zamanda, Dərbənddə, Tabasaranda, Gürcüstanda, Güney Azərbaycanda, İraqda, Suriyada, Əfqanıstanda yaşayan, Ermənistanda yaşayıb öz qədim torpaqlarından zorla çıxarılan soydaşlarımızın da dilidir. Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları monoqrafik tədqiqatlar apararaq “Azərbaycan dilinin Dərbənd dialekti” (Bakı, 2009), “İraq-türkman ləhcəsi” (Bakı, 2004) kitablarının nəşrinə nail olmuşlar.

Son illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda beynəlxalq əlaqələr və ayrı-ayrı dünya dilçilik mərkəzləri ilə ortaq layihələr həyata keçirmək istiqamətində də müəyyən işlər görülmüşdür. Onların sırasında Rusiya Federasiyası Elmlər Akademiyasının Linqvistik Araşdırmalar İnstitutu (Sankt-Peterburq) və Bolqarıstan Elmlər Akademiyasının Lyutomir Andreyçin adına Bolqar dili İnstitutu arasında bağlanmış elmi əməkdaşlıq haqqında müqaviləni qeyd etmək olar. 1921-ci ildə əsası qoyulmuş Rusiya Elmlər Akademiyasının Linqvistik Araşdırmalar İnstitutunun direktoru akademik N.N. Kazanski keçən ilin noyabr ayında Dilçilik İnstitutunda olmuş və qarşılıqlı elmi əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələrdə iştirak etmişdir. Təkcə keçən il respublikanın digər qurumlarının da dəstəyi ilə institutda üç beynəlxalq konfrans keçirilmişdir ki, həmin tədbirlərdə dünyanın müxtəlif ölkələrindən gəlmiş 50-dən çox dilçi alim iştirak etmişdir.

Qloballaşma dövründə dünyada baş verən ictimai-siyasi hadisələr, elmin, texnikanın gündən-günə inkişafı nəticəsində Azərbaycan dili yeni sözlər və anlayışlar hesabına daha da zənginləşmişdir. Ümumi sayı 2000-ə yaxın olan bu cur sözlərin izahlı lüğəti, eləcə də “Nitq mədəniyyəti” kitabı keçən il institutda nəşr olunmuşdur. Dilçilik terminlərinin izahlı lüğəti də nəşrə hazırdır. Bundan əlavə, Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin ilin sonunadək nəşri gözlənilir. Hazırda “Azərbaycan dilinin izahlı lüğəti”nin yeni təkmilləşdirilmiş nəşri üzərində də gedir. İnstitutun ədəbi dil tarixi şöbəsində qədim yazılı abidələrimizdə işlənən və hazırda müasir ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan sözlər lüğətinin tərtibi işinə də başlanılmışdır.

Yaxın gələcəkdə nəzərdə tutulan elmi-tədqiqat işləri sırasında çoxcildlikMüasir Azərbaycan dili” kitabının yeni akademik nəşrini xüsusi olaraq qeyd etmək lazımdır. Nəsimi adına Dilçilik İnstitutu 1978-1981-ci illərdə üç cilddən ibarət “Müasir Azərbaycan dili” adlı fundamental əsəri nəşrə hazırlamışdır. Hazırda həmin vaxtdan 40 ilə yaxın bir müddət keçirbu zaman kəsiyində ədəbi dilimiz daha da zənginləşmiş, yeni keyfiyyətlər qazanmış, eləcə də dünya dilçilik elmində bir sıra yeni sahələr: mətn dilçiliyi, mətn sintaksisi, koqnitiv dilçilik, psixoloji dilçiliks. yaranmışdır. Məhz buna görə də “Müasir Azərbaycan dili” kitabının çoxcildlik yeni akademik nəşrində müasir ədəbi dilimizin bütün istiqamətlərinin əhatə olunması və dünya dilçilik elminin son nailiyyətlərindən istifadə nəzərdə tutulur.

Ümumiyyətlə, istər AMEA Nəsimi adına Dilçilik İnstitutunun, istərsə də ölkəmizdə dilçilik məsələləri ilə məşğul olan digər qurumların müasir dünya elmində aparıcı yer tutan yeni sahələr istiqamətində yaxın gələçəkdə daha səmərəli fəaliyyət göstərmələri zamanın tələbidir.

 

Möhsün NAĞISOYLU,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan.- 2017.- 5 mart.- S. 4.