Azərbaycan ilə Rusiya arasında siyasi- iqtisadi, humanitar sahələrdə əlaqələr sürətlə inkişaf edir

 

Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kreml divarları önündə Naməlum əsgərin abidəsi önünə əklil qoyub, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini yad edib.

Sonra nazir Rusiya hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri Dmitri Roqozinlə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi- iqtisadihumanitar sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyi bildirilib, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 8 mart.- S.9.