Elmar Məmmədyarov Moskvada Sergey Lavrovla görüşüb

 

Rusiyanın paytaxtında rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun martın 6-da Moskvada RF xarici işlər naziri Sergey Lavrovla görüşü olub.

Görüşün məhsuldar olacağına əminliyini bildirən RF xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov qeyd edib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. O vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr bütün sahələr üzrə inkişaf edir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd edib ki, bugünkü görüşdə ikitərəfli münasibətlər, beynəlxalq problemlər, beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı münasibətlər və digər məsələlər müzakirə ediləcək.

E.Məmmədyarov, həmçinin qeyd edib ki, Azərbaycan və Rusiyanın xarici siyasət idarələri arasında 2017-ci il üçün əməkdaşlıq və konsultasiyalar planı imzalanacaq.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 7 mart.- S.5.