Azərbaycan ilə “Thales lnternational” iyirmi ildən çoxdur uğurlu əməkdaşlıq
edir
Martın 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Parisdə “Thales lnternational” şirkətinin
baş vitse-prezidenti
Rafael Eskinazi ilə görüşüb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında iyirmi ildən çoxdur uğurlu əməkdaşlıq
edildiyi məmnunluqla xatırlandı, müxtəlif
layihələrin həyata
keçirilməsi ilə
bağlı çox yaxşı nəticələrin
əldə olunduğu
bildirildi. “Azərbaycan
Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyətləri ilə
müxtəlif layihələrin
reallaşdırıldığı qeyd edildi, Şimal-Cənub
nəqliyyat dəhlizi
ilə bağlı müəyyən işlərin
görüləcəyi diqqətə
çatdırıldı.
Söhbət zamanı əməkdaşlığın
gələcəkdə davam etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
Azərbaycan.- 2017.- 14 mart.- S.2.