Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə
xanım Mehriban Əliyevanın
ünvanına təbriklər gəlməkdə davam edir
Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, diplomatik korpusun təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Türkiyənin TRT televiziya kanalının baş direktoru Şenol Göka, Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannis, “Aksoy Holding”in idarə heyətinin sədri Ərdal Aksoy, ABŞ konqresmeni, Azərbaycan-ABŞ Ticarət Palatasının həmsədri Bil Delahant, PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə baş icraçı direktoru Olqa Qriqer-Siddons, Azərbaycan-ABŞ Ticarət Palatasının həmsədri Reza Vəziri, Dünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Jakab Jujanna təbrik ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov və parlamentin deputatları Fərəc Quliyev və Səməd Seyidov xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edənlər sırasındadırlar.
Ölkənin dövlət, elm və təhsil müəssisələrindən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “AzerQold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun sosiologiya kafedrasının müdiri Rəfiqə Əzimova, AMEA-nın Mərkəzi Kitabxanasının direktoru Leyla İmanova, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə, AMEA-nın Mərkəzi Kitabxanasının kollektivi, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, “PwC Azerbaijan” şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev, Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Memarlar İttifaqının sədri Elbay Qasımzadə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, “Azərcell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.
Həmçinin xarici ölkələrin Azərbaycandakı səfirlikləri və təmsilçiliklərindən – Roma Katolik Kilsəsinin apostol prefekturasının ordinarisi Vladimir Fekete, İran İslam Respublikasının səfiri Cahangirzadə Cavad da xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik məktubları göndəriblər.
Bundan başqa, Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən –Litvadakı səfir Həsən Məmmədzadə, Tacikistandakı səfir Abbasəli Həsənov da Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.
Eyni zamanda, Azərbaycanın incəsənət xadimləri – “Xan Şuşinski fondu”nun rəhbəri Bəyimxanım Verdiyeva, Gəncə Dövlət Filarmoniyasının bədii-rəhbəri Fikrət Verdiyev, M Group Production-ın rəhbəri Murad Dadaşov da xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.
Həmçinin Azərbaycanın nazirləri – səhiyyə naziri Oqtay Şirəliyev, vergilər naziri Fazil Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik məktubları göndəriblər.
Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov da təbrik ediblər.
Eyni zamanda, ictimai təşkilatlar, siyasi partiyalar, mərkəzlər, dini icmalar və KİV-lərdən – Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Alban-Udi dini icmasının sədri Robert Mobili, Türkiyə Universitetləri Məzunları ictimai birliyinin sədri Çingiz Bayramov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərov da xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik məktubları ünvanlayıblar.
Azərbaycanın Birinci vitse-prezidenti təyin
olunması münasibətilə xanım Mehriban
Əliyevanın ünvanına təbriklər gəlməkdə
davam edir.
Azərbaycan.-
2017.- 8 mart.- S.3.