Güclü qadın - xeyirxah əməllər

 

Mehriban Əliyeva: “Azərbaycanın adət-ənənələrində qadına çox böyük hörmət qayğı ilə yanaşılır... Azərbaycanlılar üçün ana müqəddəs simadır”

 

Xalqımız tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuş, onlara dərin hörmət və ehtiramla yanaşmışdır. Fitri istedadı, müdrikliyi və iradəsi ilə seçilən qadınlarımız ən müxtəlif dönəmlərdə səmərəli fəaliyyət göstərərək millətin taleyüklü məsələlərinin həllinə sanballı töhfələrini vermişlər. Bu mənada ölkəmizdə qadın fəallığı ənənələrinin təşəkkülü və inkişafına doğru yüz illərdən bəri formalaşan dəyərlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nəcib əməlləri və dünyanın bu fəaliyyətə verdiyi layiqli qiymətlə daha da zənginləşir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin müavini... Və nəhayət, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti!

Bunlar sadəcə bir şəxsiyyətin fədakar fəaliyyəti ilə ucaldığı pillələr deyil, həm də bəşəriyyətin rifahına yönəlmiş xeyirxah əməlləri, gərgin zəhməti bahasına həmin titulları halal haqqına çevirmiş Mehriban xanım Əliyevanın simasında Azərbaycan qadınının yüksək potensialının göstəricisidir. Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq birinci xanım institutunu formalaşdıran Mehriban Əliyeva qısa zaman ərzində Azərbaycan qadınının kimliyini bütün dünyaya göstərə bilmişdir. Ölkəmizdə qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli, ardıcıl fəaliyyətinin genişlənməsində Heydər Əliyev Fondu prezidentinin xidmətləri misilsizdir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi mənəvi keyfiyyətlər də məhz bu güclü xanımın şəxsiyyətində parlaq təcəssümünü tapır.

Hələ bir neçə il əvvəl çıxışlarının birində “Mənə elə gəlir ki, rəhbər vəzifələr tutmaqda, elə başqa sahələrdə də kişilərlə qadınlar arasında rəqabət barədə danışmaq o qədər də düzgün olmazdı. ...Həlledici amil kişiya qadın olmaq deyil, peşəkarlıq, öz işinə sədaqət, lider keyfiyyətləri və nəciblikdir. İstər təyinatla, istərsə də seçkili qaydada tutulan buya digər vəzifələrə namizədlərdən söhbət gedəndə məhz bu xüsusiyyətlər nəzərə alınmalıdır” deyən Mehriban xanım Əliyeva ötən illərdəki fəaliyyəti ilə yüksək idarəçilik keyfiyyətlərinə malik olduğunu sübuta yetirmişdir.

Bu gün ölkənin sosial-humanitar və mədəni modernləşməsində xüsusi xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti müasir dünyanın görkəmli lider qadınları sırasındadır. Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmışdır. Mehriban Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir dairəni əhatə edir. Birinci xanımın UNESCO və ISESCO-nun səfiri və Bakıda I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi misilsiz fəallığı və yüksək nüfuzu dünya səviyyəli, genişmiqyaslı idman hadisəsinin təşkilində böyük rol oynadı. Bu, Avropa ideyasına güclü təkan verdi və yeni Avrasiya meyarına geniş yol açdı.

Heydər Əliyev Fondu hazırda Mehriban Əliyevanın rəhbərliyi ilə əslində Azərbaycanın qeyri-institusional inkişaf vasitəsinə çevrilib. Fond öz işi ilə elm, təhsil, səhiyyə sahələrində dövlət siyasətini tamamlayır, ölkə üçün müxtəlif pilot layihələr hazırlayır. Gözəllik və xeyirxahlığın, mərhəmət və şəfqətin vəhdəti bu güclü xanımın hər addımında öz əksini tapır. Ona görə də UNESCO və ISESCO-nun xoşməramlı səfirinin çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülhsabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Ölkənin birinci xanımının malik olduğu üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması da onun vətəninə, dövlətçiliyə və xalqına sadiqlik əzmini şərtləndirən əsas amildir.

Birinci vitse-prezidentin formalaşdığı mühit ölkə tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Mehriban Əliyeva fenomeni digər amillərlə yanaşı, həm də Azərbaycanın taleyində mühüm rol oynayan iki ailənin misilsiz xidmətləri ilə əlaqədardır. Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur. Təkcə bu fakt çox söz deyir... Hər iki ailə milli elitadır. Azərbaycanda onlarla fəxr edirlər. Bu insanlar ağır yükün, sınaqların və itkilərin acısının nə demək olduğunu bilirlər. Bu ailələr islahatları sürətləndirir və stimullaşdırırlar. Tez-tez soruşurlar: “Nə üçün ölkənin birinci xanımı bu qədər sevilir?” Çünki insanlar hiss edirlər ki, birinci xanım onların qayğıları ilə yaşayır, istəkləri ilə maraqlanır, hər bir ciddi problemə münasibət bildirməyi bacarır. Ona müraciət edib yardım, dəstək, yaxud məsləhət ala bilirlər. Xeyirxahlıq və şəfqət bu nüfuzlu xanımın daxilindən gəlir, ictimaiyyət də bunu duyur və qəbul edir. Bəlkə də Mehriban Əliyeva fenomeninin sirri bundadır...

Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər həm də nümunəvi anadır, həyat yoldaşıdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır. Deyir ki, üç övladın anası olmağını özünün ən böyük həyat missiyası sayır. Azərbaycan anası övladı üçün ömrünü şam kimi yandıran müqəddəs bir varlıqdır. Cəmiyyətdə tutduğu mövqedən, vəzifə kürsüsündən, elmi dərəcəsindən, ad-sanından, şan-şöhrətindən asılı olmayaraq bizim qadınlarımız ana olmağı özlərinin ən böyük xöşbəxtliyi sayırlar. Birinci vitse-prezidentRossiya 24” telekanalına verdiyi müsahibədə xüsusi vurğulayır: “Mən həm bu illər ərzində, həm də indi öz vəzifəmi yerinə yetirməyi çatdırmaq üçün həmin tənasübü tapmağa çalışıram. Əlbəttə ki, mən ilk növbədə öz həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam. Mənim beş nəvəm var və həyatımın bu sahəsində göstərdiyim diqqətin ikinci plana keçməsini qətiyyən istəmirəm. Qətiyyən yox. İndiyədək mən buna nail olurdum. Ümid edirəm ki, gələcəkdə də buna nail olacağam”. Bu yanaşma ilə o, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır.

Qadın hüquqlarının qorunması hər bir cəmiyyətin inkişafı və sağlam gələcəyi baxımından son dərəcə vacibdir. Güclü qadın ilk növbədə övlad tərbiyəsində, cəmiyyət üçün layiqli insankamil şəxsiyyət kimi yetişdirməsində, dünyaya yetkin baxışın formalaşmasında mühüm rol oynayır. Bu mənada qadınlara geniş hüquqların verilməsi, onların cəmiyyətdə layiqli yerinin təmin edilməsi ilk növbədə xalqın genetik saflığının qorunub saxlanması baxımından vacibdir.

Azərbaycanın istiqlal yolu qadın azadlığı hərəkatından heç zaman ayrılmayıb. Bu, bizim fəxr yerimizdir. Qadının azad olmadığı cəmiyyət də özünü azad saya bilməyib. Bu da bizim qədim dədə-baba qaydalarının yazılmamış qanunu olub. Həyatımızdan keçən mürəkkəb illər qadınlar qarşısında yeni məqsəd və vəzifələr müəyyənləşdirib, respublikada qadın problemləri institusional səciyyə daşımağa başlayıb.

Müstəqillik illəri ölkəmizdə qadın hərəkatının çiçəklənmə dövrüdür. Şübhəsiz ki, bu dövr ilk növbədə Azərbaycanın birinci xanımının fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət həm ölkəmizin daxilində, həm də xaricdə qol-budaq atıb böyüyür, respublikanın beynəlxalq imicini, xalqımızın nəcib xarakterini tanıdır və sevdirir.

Mehriban xanım Əliyevanın humanitar sahədə fəaliyyəti və layihələri yeni bir hərəkata çevrilmişdir. Bu hərəkatın əsas qüvvəsi də bizim qadınlarımız və gənc qızlarımızdır. Uşaq evlərini, anadangəlmə qüsurları olan körpələri, müxtəlif səbəblərdən internatlarda böyüyən uşaqları himayəyə götürməkdən, onlara maddi, ən başlıcası, mənəvi qayğıdan uca heçyoxdur. Bu böyük ürək, uca mərhəmət hissi Azərbaycan qadınının fitrətindədir. Bilavasitə Mehriban Əliyevanın nümunəsində olduğu kimi...

Mehriban xanım Əliyeva son 13 ildə qadınların ictimai-siyasi həyatda rolunun gücləndirilməsi və gender bərabərliyinin təşviq edilməsi, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması prosesində də yaxından iştirak edir. Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə layihəyə dair sənədlərin imzalanması bunun əyani təsdiqidir. Əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, zərərli vərdişlərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və ailədə baş verən təzyiqlərin uşaqlara təsirinə yol verilməməsi kimi əsl insani münasibətləri əks etdirən bu layihə çərçivəsində həmçinin beynəlxalq təcrübənin öyrənilməsi, xarici ölkə ekspertlərinin cəlb edilməsi, əhali arasında insan hüquqları və gender bərabərliyi ilə bağlı genişmiqyaslı məlumatlandırma kampaniyasının, regional seminarların təşkili planlaşdırılmışdır.

Heydər Əliyev Fondu prezidentinin müxtəlif beynəlxalq tədbirlərdə vurğuladığı kimi, Azərbaycan məişət zorakılığına qarşı ardıcıl və sistemli aparan ölkələr sırasındadır. Respublikamız “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Qadınların siyasi hüquqları haqqında”, “Uşaq hüquqları haqqında” konvensiyalara və digər beynəlxalq sənədlərə qoşulmuş, 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun qəbul edilmişdir. 2007-ci ildə Nazirlər Kabineti tərəfindən “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” təsdiq olunmuş, 2008-2015-ci illər üçünYoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramında isə gender məsələləri ayrıca bölmə kimi müəyyənləşdirilmişdir. Nəhayət, 2010-cu ildə “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanunun qəbul olunması isə görülən tədbirlərin davamı kimi ölkəmizin tərəfdaş olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin ardıcıllıqla yerinə yetirilməsinə yönəlmişdir.

Fondun təşəbbüsü ilə Bakıda təşkil olunmuşGender bərabərliyi: de-yurede-fakto gender bərabərliyinin təmin olunması” mövzusunda beynəlxalq konfransda bütün bu məsələlərə diqqət çəkən Mehriban xanım Əliyeva respublikamızda qadınlara tarixən hörmətlə yanaşıldığını xüsusi vurğulamışdır: “Qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq, hətta bir hadisə olsa belə, qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, ənənələrimiz və mentalitetimizdən istifadə edərək bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır. Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuşolaraq qalır”.

Heydər Əliyev Fondu prezidentinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda keçirilmiş digər qlobal tədbirlər də məhz gender məsələlərinə, qadınlarla bağlı bəşəri miqyasda özünü göstərən problemlərin həllinə xidmət etmişdir. Mehriban xanım Əlyeva hələ Bakıda UNESCO-nunISESCO-nun dəstəyi ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumundakı çıxışında demişdir ki, bu gün dünyada mövcud olan qadın təşkilatları bir çox problemləri birgə həll edir, mühüm aksiyalar həyata keçirir və qadının cəmiyyətdəki mövqeyini yaxşılaşdırmağa çalışırlar. Dünyanın nüfuzlu, böyük təcrübəyə malik olan qadın təşkilatlarını bu sahədə daha fəal olmağa çağıran Mehriban xanım Əliyeva birinci xanımların öz ölkələrində elmə, mədəniyyətə və təhsilə xüsusi diqqət yetirdiklərini, çoxsaylı layihələr həyata keçirdiklərini, müxtəlif humanitar təşəbbüslər üçün xeyli gücenerji sərf etdiklərini məmnunluqla vurğulamışdır.

Mehriban xanım Əliyeva çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlı qadınların bir çox hüququnun kobud şəkildə pozulduğunu da konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanda bir milyondan çox adamın qaçqın və məcburi köçkün şəraitində yaşaması gender bərabərliyinin real gerçəkliyə çevrilməsinə maneə yaradan ən böyük problemdir: “Yaxşı məlumdur ki, Azərbaycan öz müstəqilliyinin bərpasının ilk illərindən sonra qonşu Ermənistanın təcavüzünə məruz qalmışdır. Ərazimizin 20 faizinin işğalı nəticəsində bir milyon vətəndaşın, o cümlədən qadınların insan hüquqları kobud şəkildə pozulmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın təxminən yarısı qadınlardır. Məcburi köçkünlərin təhsilə, tibbi yardıma çıxışı və normal həyat şəraitlərinin yaradılması nəinki dövlətin, o cümlədən beynəlxalq təşkilatların daim gündəliyində olmalıdır”.

Azərbaycan qadınlarının III qurultayı isə respublikanın sosial-iqtisadidemokratik inkişafının keyfiyyətcə yeni mərhələsində qadın hərəkatına yenidən nəzər salmaq, bu sahədə görülən işlərə yekun vurmaq, habelə müasir mərhələdə gender siyasəti yönümündə qarşıda duran vəzifələri dəqiqləşdirmək məqsədi daşımışdır. Qurultayda Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılmış, çıxışlar dinlənilmiş, Azərbaycan Prezidentinə və beynəlxalq təşkilatlara müraciət, habelə yekun qətnamə qəbul olunmuşdur. Bu mötəbər məclisdə regionlarda qadın hərəkatının inkişafı problemlərinə xüsusi diqqət ayrılmış, ölkənin nisbətən daha ucqar regionları ilə əlaqələrin intensiv aparılmasının vacibliyi önə çəkilmişdir. Həmin qurultayda dərin məzmunlu nitq söyləyən UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva gender siyasəti sahəsində əldə olunan uğurlara rəğmən bəzi problemləri, arxaik təsəvvürlərdən irəli gələn qüsurlu cəhətləri də kəskin tənqid etmişdir. Xüsusən də qadınların təhsillə bağlı problemlərini diqqətə çəkmişdir.

Bu gün Avropada və Qərbdə gender problemlərinin həddindən artıq qabardılması ailə institutu ilə bağlı çox ciddi çətinliklər doğurur. Azərbaycanda isə kişi və qadın cəmiyyətdə və ailədə öz yerini, rolunu yaxşı bilir, münasibətlər qarşılıqlı hörmət və ehtiram əsasında qurulur. Azərbaycan qadını cəmiyyətdə qazandığı böyük uğurlara rəğmən, ailəsinin, övladlarının rifahı, firavanlığı üçün əlindən gələni əsirgəmir. Xalqın tarixən formalaşmış mental keyfiyyətlərini, mənəvi-əxlaqi dəyərlərini bu günyaşadan azərbaycanlı gənci ailənin onun həyatında oynadığı müstəsna rolu düzgün dərk edir. Ölkənin birinci xanımı xüsusi vurğulayır ki, Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan modeldir. Respublikamızın Avratlantik məkana inteqrasiya prosesinin sürətlənməsinə, mədəniyyətlərarası dialoqun dini-etnik tolerantlığın mərkəzinə çevrilməsinə, habelə iqtisadi planda modernləşmə strategiyasının uğurla reallaşdırılmasına, Azərbaycan qadınının həyatdakı rolunun güclənməsinə rəğmən, xalqımıza xas milli ailə modeli ənənəvi strukturunu, mahiyyətini, mənəvi gücünü saxlayır.

Ölkənin birinci xanımı Milli Məclisdəki fəaliyyəti dövründə humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış amnistiya aktları 2007, 2009, 2013, 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında öz həyatını, fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir” deyən Mehriban Əliyeva cəmiyyətdə humanizm prinsiplərinin nə qədər önəmli olduğunu xüsusilə qeyd etmişdir. Ölkənin birinci xanımının simasında Azərbaycan qadını ilk dəfə olaraq humanist dəyərləri, mənəvi kamilliyi əsas meyar kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq sosial-mədəni inkişafımızın daim işlək qüvvəsinə çevrilir.

2012-ci ilin iyun ayında təşkil olunmuş Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdurmövzusunda plenar iclasda çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva demişdir ki, qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması sahəsində Azərbaycan çox nadir təcrübəyə malikdir: Bu, Azərbaycanda qadınlar üçün təhsil imkanlarının daha da genişləndirilməsi sahəsində özünü göstərmişdir. Şərq dünyasında qadınlar üçün ilk dünyəvi məktəb Azərbaycanda açılmışdır. Şərqdə ilk demokratik parlament respublikası Azərbaycanda yaradılmışdır. Bu respublika qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib-seçilmək hüququ vermiş və qadınların kişilərlə bərabər hüquqlara malik olmasını müəyyən etmişdir”.

Bütün bunlar Mehriban xanım Əliyevanın cəmiyyətin digər həssas sahələri kimi qadın problemlərinin həllinə də ciddiliklə yanaşdığını göstərir. Bu da təsadüfi deyildir ki, onun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması cəmiyyətdə böyük qürur və fəxarət hissi ilə qarşılanmışdır. 8 Mart Beynəlxalq Qadınlar bayramı ərəfəsində UNESCO və ISESCO-nun xoşməramlı səfirinə milyonlarla insanın ürəyində sevinc və minnətdarlıq hissi yaşanır. Bu ürəklərdə səslənən ən xoş arzular xalq üçün, vətən üçün yorulmadan, əzmlə çalışan fədakar və güclü insana ünvanlanır. Əminliklə demək olar ki, Mehriban xanım Əliyevanın yeni məsuliyyətli vəzifədəki fəaliyyəti Azərbaycan qadınlarının icitimai-siyasi həyatdakı rolunun və dövlət idarəçiliyində iştirak imkanlarının daha da genişlənməsini, zəngin potensialının üzə çıxmasını təmin edəcəkdir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2017.- 8 mart.- S. 5.