Qadına hörmət sağlam cəmiyyətdə tərəqqinin mühüm şərtidir

 

Azərbaycan qadını dəyanət sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.

Heydər ƏLİYEV

 

Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq görərik ki, istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında xidmətləri olan qadınlarımıza xüsusi hörmət və ehtiram göstərilmişdir.

Bəli, qadın böyük qüvvədir. Bu gün o, ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, adamı, müəllim, həkim, aqronom, diplomat, hakim, alim, dövlət məmurudur. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasəti və yaradılan şəraitlə bağlıdır.

Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Azərbaycanın demək olar ki, əksər rayonlarında icra hakimiyyəti başçılarının müavinləri qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 30 faizə, sahibkarlıq fəaliyyətində isə onların iştirakı 20 faizə çatmışdır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da arıb. 2014-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35 faiz təşkil etmişdir. Eləcə də hüquq mühafizə və məhkəmə orqanlarında, diplomatik sahədə çalışan qadınlarımızın sayı ildən-ilə artmaqdadır.

DayaqMentorluq layihəsi çərçivəsində qadınlarımıza özünə inam hissini artırmaqda kömək edirik, onlar üçün müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlərdə fəaliyyət göstərməkdə maarifləndirici treninqlər təşkil edirik. Qadınların ictimaisiyasi həyatda iştirakının artırılması sahəsində bir sıra layihələr reallaşdırırıq. Xüsusilə uğur qazanmış qadın nümunələrinin təbliği müsbət nəticələrə səbəb olur. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması, eyni zamanda təcrübə mübadiləsinin aparılması da vacib məsələlərdəndir. Bununla bağlı BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində bir neçə konfransforumlar keçirilmişdir. 2012-ci ildə Qadın sahibkarların III Forumu da Bakıda olmuş, mühüm məsələlər müzakirə edilmişdir. Digər mühüm bir tədbir İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolumövzusunda V konfransının keçirilməsi olmuşdur. Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti dövlətimizin bu məsələyə xüsusi maraq və diqqət göstərdiyini bir daha sübut etmişdir. Artıq həm Avropa, həm də MDB ölkələrinin tanınmış dövlət və ictimai-siyasi xadimləri Azərbaycanın gender bərabərliyinin təmin olunması sahəsində əldə etdiyi təcrübənin Şərq ölkələri üçün yaxşı bir nümunə ola biləcəyini qeyd edirlər. Eyni tendensiya BMT və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində də formalaşmışdır. Sevindirici haldır ki, ölkəmiz qadın hüquqlarının təmin olunması sahəsində tarixdə bir çox ilklərə imza ataraq məhz bu sahədə də Qərblə Şərq arasında körpü rolunu oynaya bilər. İstanbulda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin İnkişafında Qadınların rolumövzusunda VI, Qadın və Ədalət II Beynəlxalq konfranslarda irəli sürdüyümüz bütün təkliflər nəzərə alınaraq qəbul edilən qətnamələrə əlavə olunmuşdu. Eyni zamanda, BMT-nin dəstəyi ilə nəşr edilən “TUDOR ROSE” adlı nüfuzlu nəşrlərdə Azərbaycanın ailə və gender siyasətinə dair məqalələrin yer alması, fransız yazıçısının Azərbaycanda qadın hərəkatına həsr edilmiş kitabının nəşri göstərir ki, bu sahədə ölkəmiz düzgün strategiya müəyyənləşdirmişdir.

Hər il Beynəlxalq Qadınlar Günü ərəfəsində Prezident İlham Əliyev ənənəvi olaraq respublikamızın ictimai həyatında və öz fəaliyyət sahələrində fərqlənən bir qrup qadına vətənin yüksək mükafatının və fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayıb. Bu, Azərbaycan cəmiyyətində xüsusi yer tutan qadınlarımızın fəaliyyətinə ölkə başçısı tərəfindən verilən yüksək dəyərin və dövlətimizin qadına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. Hər birimiz etimadı doğrultmağa çalışırıq. Bu, həm də işimizin keyfiyyətini və peşəkarlığını daha da inkişaf etdirmək üçün əlavə stimul olur. Lakin cənab Prezidentin qadınlara ən böyük hədiyyəsi isə ölkənin birinci xanımı Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi oldu. Hər bir vətəndaş onun bu vəzifəyə layiq olduğunu etiraf edir. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri və Milli Məclisin deputatı kimi göstərdiyi fəaliyyət təqdirəlayiqdir. Onun təşəbbüsü ilə keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrlə bağlı irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına öz müsbət təsirini göstərir. Mehriban xanımın Qarabağ həqiqətlərinin, qaçqın və məcburi köçkünlərin vəziyyətinin dünya birliyinə çatdırılmasında çox böyük xidmətləri var. Biz Mehriban xanımı bu münasibətlə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Tarix boyu Azərbaycan qadını kişilərlə çiyin-çiyinə vətənin keşiyində dayanmış, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmışdır. Müasir dövrdə də Ermənistanın işğalçı siyasəti ilə barışmayan qadınlarımız kişilərlə bərabər müharibənin ən qaynar nöqtələrində böyük şücaət göstərir. Bu gün biz döyüşlərdə qəhrəmancasına iştirak etmiş, igidliklər göstərmiş, şəhid olmuş qadınlarımızı, eləcə də mərd, qorxmaz əsgərlər yetirən ana-bacılarımızı göz önünə gətirdikdə Azərbaycan qadınının nə qədər güclü və uca zirvədə olduğunu bir daha dərk edirik.

Ölkə başçısının tapşırığı ilə komitəmiz daim əsgərlərimizin, şəhid ailələrinin yanında olmuş, onlara mənəvi dəstək göstərmişlər. Ağdamda, Tərtərdə, Goranboyda görüşlər keçirmiş, onların bir sıra problemlərinin həllinə nail olmuşdur. Bu, bir daha dövlətimizin, ordumuzun və xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirir. Biz şəhid anaları, bacıları, onların həyat yoldaşları ilə görüşəndə yalnız bir kəlmə eşidirik: “Vətən sağ olsun!” Budur, Azərbaycan qadınının iradəsi, Vətən sevgisi, övladına verdiyi tərbiyə!

Hazırda dünya iqtisadiyyatında böhran yaşanır və bu proses Azərbaycana da təsirsiz keçməyib. Ölkə başçısı 2016-cı ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni təsdiq edib. Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı inkişaf əsasında iqtisadiyyatın rəqabət-qabiliyyətliliyini, inklüzivliyinisosial rifahın daha da yaxşılaşdırılmasını təmin edəcəkdir. Bu strategiyaya uyğun olaraq, bizim vəzifəmiz qadın sahibkarlığının inkişafına daha da çox dəstək göstərməkdir. Əlbəttə, aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların iqtisadisosial həyatda iştirakçılığının artırılmasıdır. Bu məqsədlə komitə tərəfindən bir sıra layihələr həyata keçirilir. Komitə BMT-nin İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadisosial həyatda iştirakının təşviqi” texniki yardım layihəsi həyata keçirir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə təsir edir. Ailə büdcəsinə, onun sosial rifahının yaxşılaşmasına öz töhfəsini verir. Digər tərəfdən, qadının özünə inam hissi artır. Son illərdə paytaxtdaregionlarda qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, onların iqtisadisosial nüfuzunun artmasına və bir çox hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir: belə ki, əgər 2012-ci ildə 73 469 nəfər sahibkar qadın var idisə, 2016-cı ilin əvvəlinə bu rəqəm 113 889 nəfərə yüksəlmişdir. 2017-ci ilin əvvəlinə isə bu rəqəm bir qədərartaraq 21 faizə yaxınlaşmışdır. Qadınlarımız üçün Qadın Resurs mərkəzləri yaradılmışdır və burada digər məsələlərlə yanaşı, maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların qurulması, yazılması sahəsində qadınlarımıza təlimlər keçirilir. Ailənin gəlirləri, onun düzgün xərclənməsi və digər məsələlər izah olunur. Bir məsələni unutmaq olmaz ki, qadınların hüquqlarının müdafiəsinə nail olmaq üçün, məişət zorakılığının aradan qaldırılması vacibdir. Komitə gender əsaslı zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yalnış fikirləri dəyişmək üçün layihələr həyata keçirir, araşdırmalar aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2011-ci il qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”na əsasən məlumat bankı yaradılıb. Banka daxil olan məlumatların təhlili məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi probleminin xüsusi araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Bundan başqa, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilmişdir.

Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcək”. Bəli, həqiqətən bu gün Azərbaycan qadını - ənənələri, intellektisosial aktivliyi özündə cəmləşdirir. Onlar, yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edir, öz töhfələrini verirlər.

 

Hicran HÜSEYNOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,

siyasi elmlər doktoru, professor

 

Azərbaycan.- 2017.- 8 mart.- S. 5.