Səhnə sənətinin tarixi qədim, keçdiyi yol şərəflidir

 

10 mart Milli Teatr Günüdür

 

Teatrın tarixi, əlbəttə, peşəkar səhnənin yaranması ilə ölçülə bilməz. Xalq teatrlarından öncə yaranmış məzhəkə və meydan tamaşaları teatrın rüşeymləri və qığılcımları kimi onun ilkinliyini qoruyub saxlamaqda bu gündavam edir. Bunu folklor nümunələrində də görmək çətin deyil.

Teatra getmək, tamaşa etmək, onun haqqında düşünmək olduqca maraqlıdır. Vətəni qədim Yunanıstan olsa da, yunan dilində “tamaşa yeri” mənasını verən teatr tezliklə bütün dünyaya yayılıb. Tamaşanı daha çox sevən yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırıblar. Qədim yunan əfsanələri teatra zəngin mövzu verdikcə ilk tragediyalar adlanan pyeslər yaranıb. Gülməli səhnəciklərdən ibarət olan tragediyalardan şən və məzəli pyeslər - komediyalar yaranıb. “Komediyada yunan sözü olub, “şən sakinlərin mahnısı” deməkdir. Yunanlar tamaşa günü sübh tezdən, hətta yemək-içmək götürüb teatra toplaşardılar.

Teatr sonralar Şərq ölkələrində - Çində, Hindistanda, Yaponiyada da geniş yayılıb. 1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşib. Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada toplanan ilk teatr konqresinin iştirakçıları qərara gəliblər ki, məhz həmin tarix Beynəlxalq Teatr Günü kimi qeyd olunsun.

Onu da qeyd edək ki, 1961-ci il mart ayının 27-də UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresi səhnə sənətinin tarixinə əlamətdar gün kimi yazılıb. O zaman qəbul edilən qərara əsasən hər il mart ayının 27-si Beynəlxalq Teatr Günü kimi qeyd edilir. Demək, əslində, mart yalnız milli deyil, bəşəriyyətdə teatrsevərlərin bayram ayıdır. Azərbaycan milli teatrının inkişafı bir sıra digər amillərdə də özünün təsdiqini tapıb. UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun konqresinin Bakıda keçirilməsi də məhz Azərbaycanın təkcə mədəniyyətinin deyil, həmçinin iqtisadiyyatının da bugünkü tərəqqisinin ifadəsidir.

Beynəlxalq Teatr Günü ilə Azərbaycan Milli Teatr Gününün mart ayına təsadüf etməsi də maraqlıdır. Uzun illər tamaşasevərlər 10 mart tarixini milli teatr günü kimi qeyd ediblər. Həmin günün təsis edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixdə imzaladığı sərəncam isə sözün əsl mənasında, teatrsevərlərə bir töhfədir. Çünki həmin ildən rəsmi olaraq 10 mart Milli Teatr Günü kimi qeyd edilir.

Əsrlərdir ki, həyat hadisələrinin bədii ifadəsi olduğunu təsdiqləyən səhnə sənətinin yaşı Azərbaycanda 1873-cü ildən hesablanır. Bünövrəsi hələ meydan tamaşalarından qoyulanbu günə qədər gəlib çıxan bir sıra folklor nümunələri (“Maraloyunu”, “Zopu-zopu”, “Kilimarası”, eləcə də Novruz bayramı şənliklərində göstərilən “Kosa-kosa”, “Qodu-qodu”, həmçinin digər tamaşa və məzhəkələr) var ki, onlar səhnə sənətinin rüşeymləri sayılıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycan milli teatrının qazandığı nailiyyətlərlə bağlı söylədiyi fikirlər zamanlar keçəcək, amma öz aktuallığını qoruyub saxlayacaq: “Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır”.

Azərbaycan teatr tarixinə adları qızıl hərflərlə yazılan korifey sənətkarlarımızın fəaliyyətinə nəzər salsaq, bir daha yəqinləşdirərik ki, milyonlarla insanın həyat və təfəkkür tərzi - onların ictimai münasibətləri, baxışları, adətləri, inamları, idealları, arzu və istəkləri M.F.Axundzadə, S.S.Axundov, N.B.Vəzirov, Ə.B.Haqverdiyev, eləcə də S.Ruhulla, H.Sarabski, H.Ərəblinski, M.A.Əliyev, M.Sənani, F.Qədri, M.Kələntərli, İ.Osmanlı, A.Gəraybəyli, R.Əfqanlı, L.Abdullayev, B.Səfəroğlu, Y.Vəliyev, B.Şəkinskaya, C.Cəfərov, S.Rzayev, L.Bədirbəyli, H.Qurbanova, H.Turabov, N.Məlikova və digərlərinin yaradıcılığında təcəssümünü tapıb.

Milli teatrımızın yaradıcıları sayılan H.Ərəblinski, C.Zeynalov, H.Sarabski, M.Əliyev, S.Ruhulla, M.Davudova və başqalarının şərəfli xidmətləri haqqında hələ ötən əsrin 50-ci illərinin nəşrlərində kifayət qədər materiallar dərc edilib. Mənbələrdə göstərildiyi kimi, şərəfli və keşməkeşli tarix yaşamış Azərbaycan milli teatrı müxtəlif siyasi, ictimai, mədəni mərhələlərdən keçib. Yarandığı vaxtlardakı ilk yaradıcılar, həvəskarlar teatra can yanğısı ilə yanaşıblar.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, respublikanın xalq artisti Azərpaşa Nemətovun qənaətincə, M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyaları ilə pərdələrini geniş tamaşaçı üzünə açan Azərbaycan milli teatrı qarşısına qoyduğu məqsədə çatmaq üçün heçhamar olmayan yollar keçib, siyasi cərəyanların bir-birini əvəz etməsindən meydana çıxan məşəqqətləri də yaşayıb. Lakin xalqımızın mədəniyyət, o cümlədən milli teatr tarixindən görünür ki, tamaşaçı məhəbbəti, sənətə bağlılıq qarşıya çıxmış bütün çətinlikləri aradan qaldırmaqla həyat hadisələrini səhnəyə daha böyük sevgi və şövqlə gətirib.

Həmsöhbətimin vurğuladığı kimi, H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realnı məktəbin şagirdləri tərəfindən göstərilən ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün mühüm təkan olub. Qabaqcıl Azərbaycan ziyalıları, Qori Müəllimlər Seminariyasını bitirənlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları hazırlayır, eyni zamanda aktyor kimi çıxış edirdilər.

XIX əsrin 70-80-ci illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən səhnə sənəti həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında toplaşmağa başlayıblar. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq ediblər. Onlar həmin dəstəni xeyli qüvvətləndirib truppa halına salıblar. Bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başlayıb.

1890-cı illərdən başlayaraq N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam istiqamətdə, yəni, milli zəmində inkişaf etməsində, səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olub. O, ziyalı gəncləri aktyor truppasına dəvət edib, eyni zamanda özübir çox tamaşalarda baş rolları oynayıb.

1896-cı ildə H.Zərdabi BakıdaBirinci müsəlman dram truppasıadlı ilk professional teatr kollektivini təşkil edib. Bir il sonra isə Bakıda ilk dəfəArtistlər ittifaqıyaradılıb. İnqilabaqədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundzadə, N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə başqalarının pyeslərindən tərtib olunub, həmçinin rus (N.V.Qoqol, İ.S.Turgenev, L.N.Tolstoy) Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilib. Azərbaycan teatrı ilk illərdən maarifçilik demokratik ideyalara sadiq olub.

1906-cı ildə Bakıda yaradılanMüsəlman dram artistləriadlı şirkətə məşhur teatr xadimi C.Zeynalov rəhbərlik edib. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, şirkət arası kəsilmədən tamaşalar verib, repertuarını genişləndirib. 1908-ci ildəNicatcəmiyyəti yanında H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi professional aktyorları birləşdirən vahid dram truppası yaradılıb. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm fəhlə rayonlarında tamaşalar verib.

Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqünün formalaşmasında, maarifləndirmənin sürətləndirilməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların carçısına çevrilib.

Mədəniyyət tarixinin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyinin bərpasından sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Məhz Azərbaycan milli teatrına dövlət xalq məhəbbətinin təzahürüdür ki, yaradıcı kollektivlərin beynəlxalq mədəni əlaqələri genişlənir. Bu isə Avropa Şərqdə mədəniyyətimizin təbliğində mühüm vasitələrdən biridir. Respublikadakı 27 dövlət, həmçinin bələdiyyə, uşaq özəl teatrların səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlara hər cür qayğı göstərilir.

Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqındaAzərbaycan Prezidenti İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamında milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan milli teatrının tarixi keçmişi bu günkü vəziyyəti barədə söz açarkən unutmamalıyıq ki, onların bəziləri erməni vandalizminin qurbanlarına çevrilib. İrəvan, Şuşa, Ağdam, Füzuli dövlət dram teatrlarının kollektivləri ötən müddət ərzində qaçqınlıq-köçkünlük ağrılarını daşımaqla yanaşı, düşmənin mənfur, çirkin siyasətinin ifşasının bədii ifadəsini tapmaq üçün yaradıcı potensialından səmərəli istifadə edib.

Müxtəlif yerlərdə, sadəcə, uyğunlaşdırılmış şəraitdə tamaşalar hazırlayan Füzuli Dövlət Dram Teatrı yenidən Horadiz şəhərinə qayıdaraq fəaliyyətini doğma yurd yerində bərpa edib. Ağdam, Şuşa, İrəvan dövlət dram teatrlarının öz fəaliyyətlərini bərpa etmələri, təbii ki, mədəniyyətimizə dövlət qayğısının təzahürüdür.

Azərbaycan milli teatrının bünövrəsi meydan tamaşalarından qoyulduğundan, onun bundan sonra da uzunömürlü olmasına şübhə yoxdur. Çünki bu sənəti yaşadanlar yalnız səhnə fədailəri deyil, xalqın özüdür.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 10 mart.- S. 7.