Dünya belə gəlib, belə gedəcək

 

Həmişə yaxşılı, yamanlı olub,

Bir yandan boşalıb, bir yandan dolub”.

Yazda çiçək açıb, payızda solub.

Budur gördüyümüz həyatda gerçək,

Dünya belə gəlib, belə gedəcək.

 

Kiminin dövləti, kiminin adı,

Kiminin qəlbində sevgisi, andı.

Zaman çay misallı, axarındadı.

Kimlər boğulacaq, kimlər üzəcək,

Dünya belə gəlib, belə gedəcək.

 

Sevgi , nifrət , hiylə onda,

Bir gün bir dondadır, bir gün min donda.

Udan olmayıbdır onu oyunda.

Bəxti həmişəlik şeş gətirəcək,

Dünya belə gəlib, belə gedəcək.

 

Birinin əlində olum - şücaət,

Birinin əlində ölüm - cinayət.

Əkiz doğulubdur nifrət, məhəbbət,

Biri ağlayanda biri güləcək.

nya belə gəlib, belə gedəcək.

 

Kim deyib bu sözü, düzünə deyib.

Düz sözü dünyanın üzünə deyib.

Heyif gərdişinə, heyif, səd heyif.

qədər desək , düzəlməyəcək,

Dünya belə gəlib, belə gedəcək.

 

Yüz illər, min illər ötüb-keçsə ,

Gələnlər yığışıb bir-bir köçsə .

Gəlir qulağıma belə bir səda:

“O öz bildiyini yenə edəcək,

Dünya belə gəlib, belə gedəcək”.

 

Seyran, baş aparma onun işinə,

Bütün yaranmışlar fənddir dişinə.

Baxıb qəhqəh çəkir öz keçmişinə.

Az düşün, az daşın, bəsdir, gəl əl çək.

Dünya belə gəlib, belə gedəcək.

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2017.- 10 mart.- S. 8.