Azərbaycan ilə Səudiyyə Ərəbistanı
arasında ikitərəfli əməkdaşlılq çox yaxş ı səviyyədədir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 10-da Səudiyyə
Ərəbistanı Krallığının
körfəz məsələləri
üzrə dövlət
naziri Tamer Al-Sabhanın
başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
Azərbaycan ilə Səudiyyə Ərəbistanı
arasında ikitərəfli
əlaqələrin çox
yaxşı səviyyədə
olduğunu vurğuladı. Səudiyyə Ərəbistanına rəsmi
səfərini, göstərilən
qonaqpərvərliyi və
aparılan söhbətləri
məmnunluqla xatırlayan
Prezident İlham Əliyev bunu dostluğumuzun yaxşı
göstəricisi kimi dəyərləndirdi. Ölkələrimizin
bir çox istiqamətlərdə uğurlu
əməkdaşlıq etdiyini
bildirən dövlətimizin
başçısı bu
əməkdaşlığın beynəlxalq təşkilatlar
çərçivəsində də yaxşı səviyyədə olduğunu
dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və
torpaqlarımızın işğal
altında olması ilə əlaqədar Səudiyyə Ərəbistanının
Ermənistanla heç
bir diplomatik əlaqə saxlamadığını
vurğulayan Prezident İlham Əliyev qardaşlıq mövqeyi nümayiş etdirdiyinə
görə Səudiyyə
Ərəbistanına bir
daha təşəkkürünü
ifadə etdi. Siyasi sahədə əlaqələrimizin
yüksək səviyyədə
olduğunu deyən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa diqqəti
artırmağın və
xüsusilə qarşılıqlı
ticarətin inkişaf
etdirilməsinin önəmini
vurğuladı. Bu sahədə yaxşı perspektivlərin olduğunu
bildirən dövlətimizin
başçısı Səudiyyə
Ərəbistanı Krallığının
körfəz məsələləri
üzrə dövlət
naziri Tamer Al-Sabhanın
ölkəmizə səfəri
çərçivəsində bütün bu və digər məsələlərin müzakirə
olunacağına əminliyini
ifadə etdi.
Dövlət naziri
Tamer Al-Sabha İki Müqəddəs Ocağın
Xadimi, Səudiyyə Ərəbistanının Kralı
Salman bin Əbdüləziz
Al Səudun və Səudiyyə Ərəbistanı
Krallığının Vəliəhdi
Məhəmməd bin Nayif
bin Əbdüləziz Al Səudun salamlarını
dövlətimizin başçısına
çatdırdı. O, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı Səudiyyə Ərəbistanı
Krallığının mövqeyinin
dəyişməz olduğunu
dedi. Tamer Al-Sabha
ölkəsinin Azərbaycan
ilə bütün sahələrdə ikitərəfli
və çoxtərəfli
əməkdaşlığın inkişaf etdirilməsində
maraqlı olduğunu bildirdi. O, iki ölkənin rəsmiləri
arasında qarşılıqlı
səfərlərin ikitərəfli
münasibətlərimizin genişləndirilməsi
işinə təkan verəcəyini dedi.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.
Azərbaycan.- 2017.- 11 mart.- S.1.