Azərbaycan ilə Fransa arasında əlaqələr müxtəlif
sahələr uğurla
inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 10-da Fransa Respublikası Senatının
Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq
etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Andre Reyşarın Fransa senatorlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən dövlətimizin başçısı səfərin qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı fürsət yaradacağını dedi.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya gözlənilən səfəri zamanı iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunacağı vurğulandı.
Söhbət zamanı Azərbaycan
ilə Fransa arasında energetika,
ekologiya, kənd təsərrüfatı
və digər sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsi ətrafında da fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-
2017.- 11 mart.- S.1.