İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1080; 2007, ¹ 8, maddə 756; 2010, ¹ 3, maddələr 171, 172; 2011, ¹ 3, maddə 162, ¹ 7, maddə 617; 2012, ¹ 5, maddə 405, ¹ 7, maddə 653; 2015, ¹ 2, maddə 81, ¹ 11, maddə 1291; 2016, ¹ 6, maddə 1009) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.1.2-ci və 56.3-cü maddələrə (birinci halda) “şəxslər” sözündən sonra “(o cümlədən publik hüquqi şəxslər)” sözləri əlavə edilsin.

2. 29.1.7-ci,  29.1.12-ci və 29.1.24-cü maddələrə (birinci halda) “şəxslərin” sözündən sonra “(o cümlədən publik hüquqi şəxslərin)” sözləri əlavə edilsin.

3. 37.1.10-cu maddədə “o cümlədən ictimai funksiyaları yerinə yetirən hüquqi” sözləri “həmçinin ictimai funksiyaları yerinə yetirən hüquqi (o cümlədən publik hüquqi)” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2017-ci il

 

Azərbaycan.- 2017.- 11 mart.- S.2.