“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 460; 2001, ¹ 1, maddə 25, ¹ 6, maddə 362; 2002, ¹ 5, maddə 241; 2006, ¹ 3, maddə 225; 2007, ¹ 5, maddə 401; 2008, ¹ 5, maddə 348; 2010, ¹ 4, maddə 276; 2015, ¹ 4, maddə 355, ¹ 11, maddə 1260) 2-ci maddəsinin 2-ci hissəsinin ikinci bəndində “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “publik hüquqi şəxslərə” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2017-ci il

 

Azərbaycan.- 2017.- 11 mart.- S.3.