“Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 1 fevral tarixli 505-VQD nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının 1994-cü il
23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon
və qarovul xidmətləri nizamnaməsi”ndə
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
1 fevral tarixli 505-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının
1994-cü il 23 sentyabr
tarixli 886 nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. Azərbaycan Respublikasının 1994-cü il
23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon
və qarovul xidmətləri nizamnaməsi”nin
19-cu maddəsinin birinci
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
isə Azərbaycan Respublikasının Nazirlər
Kabineti və Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
həyata keçirirlər;
3.2. həmin
nizamnamənin 7-ci maddəsinin
üçüncü hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
3.3. həmin nizamnamənin 14-cü maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi,
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
və Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti
həyata keçirirlər;
3.4. həmin nizamnamənin 40-cı maddəsinin
ikinci hissəsində,
41-ci maddəsinin birinci
hissəsində, ikinci
hissəsinin dördüncü,
yeddinci və səkkizinci abzaslarında,
44-cü maddəsinin ikinci
cümləsində, 69-cu maddəsinin
ikinci hissəsində,
113-cü maddəsində, 242-ci maddəsinin birinci hissəsinin ikinci abzasında (hər iki halda), dördüncü
abzasında, 272, 351, 357-ci maddələrində,
359-cu maddəsində (hər
iki halda) və nizamnaməyə 7 saylı əlavənin
1-ci maddəsinin ikinci
hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 mart 2017-ci il
Azərbaycan.- 2017.- 11 mart.- S. 2.