“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edildi

 

Milli Məclisin iclasında

 

Martın 10-da Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov ötən iclasda ikinci oxunuşda müzakirəsi yarımçıq qalan “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsinə şərait yaratdı.

Deputatlardan Musa Qasımlı, Jalə Əliyeva, Sona Əliyeva, Bəxtiyar Əliyev, Xanhüseyn Kazımlı və Qənirə Paşayeva layihənin mükəmməl hazırlandığını və bunun Azərbaycan cəmiyyəti üçün vacib olduğunu bildirdilər. Qeyd edildi ki, qanun layihəsinin hazırlanmasında məqsəd erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, ətraf aləmə həssas münasibətinin formalaşdırılmasının, onların sağlamlığının mühafizəsinin, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının təmin edilməsidir.

Sənədə əsasən, məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilirbu sahədə xidmətlər göstərən hüquqifiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər aidiyyəti hüquqi normativ aktlaraöz nizamnaməsinə uyğun olaraq idarə edilir.

Bu qanun layihəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqları yanında yaradılan məktəbəqədər təhsil müəssisələrinə şamil olunmur.

Layihə ikinci oxunuşda fəsil-fəsil səsə qoyularaq qəbul edildi.

İclasda “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirə olundu. Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun 12-ci maddəsinin ikinciüçüncü hissələri yeni redaksiyada veriləcək. Belə ki, nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının və ya əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sərhəd qoşunlarının tələbi əsasında gömrük orqanlarının iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və ya dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitəsi barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri sərhəd qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silahdöyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuşya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə sərhəd qoşunları Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirirlər. Qanun layihələri səsə qoyularaq qəbul edildi.

Gündəlikdə olanİnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, eləcə də “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini isə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova təqdim etdi. Onun sözlərinə görə, ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Bu dəyişikliklər informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır. Düzəlişlərin mahiyyəti internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək.

Bildirildi ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklərin məqsədi kibertəhlükəsizliyi təmin etməkdən, kiberhücumların qarşısını almaqdan, internet informasiya ehtiyatının yaradılması, uçotuinternet informasiya ehtiyatında informasiyanın yayılması qaydalarını müəyyən etməkdən, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısını almaqdan, bu qaydaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsindən, informasiya, informasiyalaşdırma və informasiyanın qorunması sahəsində qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir.

Telekommunikasiya haqqında” qanun layihəsində isə telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyəti əks etdirən maddəyə əsasən internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmətə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər uçota alınması üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində yenidən müraciət etmədikdə və ya uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına baş verdiyi gündən 10 gün müddətində məlumat vermədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Təklif olunan dəyişikliklərin məqsədi telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etməkdən, elektron təhlükələrin və kiberhücumların qarşısını almaqdan, bu hücumların mənbələrini müəyyən etməkdən, bu məqsədlərlə internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaqdan, onların vəzifələrini və məsuliyyətini müəyyən etməkdən, fəaliyyətini tənzimləməkdən və telekommunikasiya sahəsini təkmilləşdirməkdən ibarətdir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, bəşəriyyət informasiya üzərində formalaşıb. Bu güninformasiya dünya müstəvisində geniş təsiretmə gücünə malikdir. Ona görə də informasiyanın təhlükəsizliyini təmin etmək çox önəmlidir.

Deputatlardan Əflatun Amaşov, Qənirə Paşayeva, Sədaqət Vəliyeva, Sevinc Fətəliyeva və Vüsal Hüseynov da bu məsələyə münasibət bildirdilər. İnformasiyanın qorunmasının vacib olduğunu deyən deputatlar daha çoxwikipedia” materiallarında Azərbaycanın tarixi, Dağlıq Qarabağ və digər məsələlərlə bağlı təhrif olunmuş informasiyaların yerləşdirilməsi barədə narahatlıqlarını qeyd etdilər.

İclasda iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təkliflərə münasibətini bildirdi, sualları cavablandırdı. Onun sözlərinə görə, son dövrlərdə wikipediyaya mötəbər mənbə kimi istinad edilmir. Çünkiwikipediada o qədər təhriflərə yol verilir ki, bunların düzgünlüyünü sübut etmək çətinləşir. “Wikipedia” istifadəçi tərəfindən yaradılan mənbələrdir və onlar həmin mənbənin özünün qaydaları ilə tənzimlənir. Yəni, hər hansı bir milli səviyyədə qanun qəbul edilməsi ilə o məlumatların tənzimlənməsi bir o qədər də real görsənmir. “Wikipediada Azərbaycan haqqında doğru məlumatların sayını çoxaltmalıyıq ki, axtarış zamanı Azərbaycanın həqiqətlərinə uyğun məlumatlar çıxsın. Eyni zamanda, həqiqətə uyğun olmayan məlumatlara qarşı mübarizəmizi gücləndirməliyik. Onların təhrif olunmasının qarşısını almalıyıq.

Hər iki qanun layihəsi təsdiq edildi.

SonraLisenziyalar və icazələr haqqında” qanuna təklif olunan dəyişiklik də müzakirə edildi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, layihədə “Lisenziyalar və icazələr haqqında” qanuna 22.1-1 maddəsinin əlavə edilməsi təklif olunur. Yeni maddəyə əsasən, qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 4-1 maddəsi (sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) əlavə edilir, bu bənd üzrə tələb olunan lisenziya 10 il müddətinə verilir.

Layihə təsdiq olunduqdan sonraReklam haqqında” qanuna təklif edilən texniki xarakterli düzəliş də qəbul edildi.

Gündəliyin sonuncu məsələsi olan “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim etdi. Bildirdi ki, 47 maddədən ibarət “Əmək pensiyaları haqqında” qanunun 22 maddəsinə 98 adda dəyişiklik təklif edilir.

Qeyd edildi ki, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.

Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinciüçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği maddəsində təklif olunan dəyişikliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu qanunun 13.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Sənəddə qeyd olunur ki, əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi maddəsində edilən dəyişikliyə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.

Sənəddə təklif olunan dəyişikliyə əsasən, əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən, bu qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirdi ki, ölkəmizdə 2006-cı ildən fəaliyyət göstərən pensiya sistemi ötən 11 il ərzində kifayət qədər uğurlar əldə edib. Bu müddət ərzində dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla cəmi 20 sərəncam imzalanıb ki, bunların da nəticəsində əmək pensiyası üzrə 5.9 dəfə, əmək pensiyasının baza hissəsi 4.4 dəfə, əmək pensiyasının orta aylıq məbləği 6.4 dəfə artıb, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqına nisbəti, yəni, əvəzetmə əmsalı 28 faizdən 43 faizə yüksəlib. Hazırda əmək pensiyaçılarının sayı 1 milyon 316 min nəfər olmaqla, ölkə əhalisinin təxminən 13.4 faizini təşkil edir.

Müzakirələr zamanı deputatlar Fazil Mustafa, Zahid Oruc, Tahir Kərimli, Əli Məsimli, Fərəc Quliyev, İlham Məmmədov, Qənirə Paşayeva, Adil Əliyev və Xanhüseyn Kazımlı qanun layihəsi barədə firkirlərini və suallarını səsləndirdilər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev onların suallarını cavablandırdıqdan sonra layihə səsə qoyularaq təsdiq edildi. Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 11 mart.- S. 4.