Novruz tamaşaları bayrama xüsusi yaraşıq verir

 

Novruz tamaşası bayram şənliklərində xüsusi yer tutur. Hər kəsin sevdiyi bu tamaşalar, əslində, fəsillərə uyğun olaraq il boyu icra edilir. Çərşənbə axşamlarında demək olar ki, daha təntənəli keçirilir. Uşaqlar və böyüklər məhəllələrdə, kəndlərdə, həyətlərdə Novruzun gəlişinə sevinir, nəğmə oxuyur, şənlənirlər.

Cıdır tamaşası Novruzda xüsusi yer alan tamaşalardan biridir. Bu tamaşaya ən igid, cəsarətli cavanlar itiqacan, dözümlü atlarla qoşulurlar. Azərbaycanın tarixi şəhərlərindən olan Şuşada dağların zirvəsində məşhur Cıdır meydanı mövcuddur. Cıdır meydanı digər regionlarda da var. Cavanlar cıdıra çıxanda tamaşaya bütün el-oba toplaşır. Təmiz qanlı Qarabağ Dilboz atları görkəmi, cəldliyi dözümü ilə baxanları valeh edir. Ümumiyyətlə, at Azərbaycan xalqının həyat məişətində özəl bir yerə malikdir. MəşhurKitabi-Dədə Qorqud”, “ Koroğlu”,”Qaçaq Nəbidastanlarında, nağıllarda at obrazı mühüm yer tutur. At murad sayılır. Cıdır yarışmalarında fərqlənən, qalib gələn igidlərə sovqat verilir. Novruz günlərində keçirilən cıdıra hazırlıq Kiçik çillədən başlanır. Cıdır qabağı atlar təmizlənir, nallanır bəzədilir. Cıdır atları üçün xüsusi zınqırovları olan yüyənlər düzəldirlər, qotazlı yəhərüstülər toxunur. Saçaqlı qotazlı toxumalar cıdır atlarına xüsusi gözəllik verir.

Novruz bayramının ən məşhur tamaşasıKosa-kosa”dır. Onun müxtəlif variantları mövcuddur. Ancaq bütün variantlar eyni motiv ətrafında birləşir ümumi məzmuna malikdir. Tamaşa hər yerdə əsas personajın - Kosanın adı ilə adlanır. Bu, bir karnaval personajıdır onun geyimindəki simvollar - tərsinəlik, gülüş yaradıcı elementlər Cütçü babanın geyimi ilə eyni məqsədə xidmət edir. Kosanın əyninə tərsinə kürk geyindirir, üzünü möhkəm unlayır, başına şiş papaq, yaxud motal papaq qoyur, boynuna zınqırov asır, qarnına paltarının altından yastıqça bağlayır, əlinə qırmızı parça ilə çağa kimi bələnmiş çömçə verirlər. Bundan sonra Kosa qapı-qapı gəzir, nəğmələr oxuyaraq pay yığır.

Novruzun maraqlı tamaşalarından biri Xanbəzəmə”dir. Axır çərşənbədə keçirilən bu tamaşada xanın hakimiyyəti qurulur. Onun vəzir-vəkili, köməkçiləri olur. İnsanlar ona şikayət edir. O isə müvafiq cəzalar təyin edir. Bu tamaşa da bütün Novruz tamaşaları kimi ilin dəyişməsini, yazla qışın mübarizəsini özündə əks etdirir. Burada xan, onun hakimiyyəti köhnə ili təmsil edir. Diqqət çəkən cəhət gülüşlə bağlıdır. Əgər xan gülsə, onun hakimiyyəti sona çatmış olur. Yəni, gülüşlə xanın - köhnə ilin, qışın hakimiyyəti başa çatır.

Kəməndatma cəldlik, çeviklik tələb edir. Bu zaman rəqibi at üstündə kəməndə salma xüsusi məharət hesab edilir. Bu məqsədlə xüsusi kəmənd toxuyanlar vardır. Daha çox ovçuluqla bağlı kəməndatma cıdır tamaşaları böyük marağa səbəb olur. Bəzən kəməndə düşən igidlər kəməndi qırıb yenidən at belinə qalxır, bəzən kəmənddən çıxa bilməyib məğlub olurlar.

Qılıncoynatma tamaşaları da Novruzda keçirilən əsas mərasimlərdəndir. Yüngül geyimdə meydana çıxan cavanlar bir-birinin əlindən qılınc düşənə qədər döyüşürlər. Qılıncoynatma bəzən at üstündə, bəzən xüsusi yerdə düzəldilmiş meydançada olur. Bu tamaşa növü döyüşlərinə qabaqcadan hazırlıq görülür.

Rəqiblərin qılıncından qırmızı lent asılır, qalibə Novruz xonçaları verilir. Onların atlarına da qulluq edilir, yallarına qırmızı qotazlar vurulur.

Qoç döyüşdürmə qədimlərdən bəri məşhur olan tamaşalardan biridir. Qoç döyüşdürmə Azərbaycanın əksər rayonlarında, Bakıətrafı kəndlərdə tez-tez göstərilən tamaşalardandır. Döyüşdə ən seçmə, xüsusi bəslənilmiş qoçlar iştirak edir. Bu qoçlar üç qismə ayrılır: toğlu, şişək öyək. qoçların boyunlarından xırda zınqırovlar asırlar. Buynuzlarını, kəlləsini bədənini xına ilə çalın-çarpaz boyayırlar. Qoç döyüşdürmədə qoçu tərifləyən döyüşə sövq edən nəğmələr oxunur.

Novruz bayramı günlərində oyun əyləncələrin içərisində zorxana (“güc-qüvvə evi”, “hünər, zor yerideməkdir) oyunları daha geniş yayılmışdır. El-obanın adlı-sanlı pəhləvanları müntəzəm olaraq məşqlər edər, bir-birləri ilə yarışar, həm gəncləri mübariz ruhda tərbiyələndirərdilər.

El şənliklərində, xüsusilə Novruz bayramında zorxanalar daha təmtəraqlı görünər; səməni, bayram xonçaları, rəngli yumurtalarla bəzədilər, pəncərələrə taxçalara qırmızı parçalardan örtüklər salınar, hər tərəf məşəllərlə işıqlandırılardı.

Zorxanalarda pəhləvanlar qara zurnanın cəsarət, güc, qüvvət, inam, döyüşkənlik, dönməzlik, yenilməzlik aşılayan zil səsi zərb alətlərinin gur sədası altında meydanı gəzər, igid cavanları güləşə (qurşaqtutma) çağırardılar.

Zorxana iştirakçıları toppuzla, daşla, zəncirlə oyun göstərərdilər. Pəhləvanlar hər əlində toppuzu qaldırar onları ahəngdar tərzdə başları üzərində fırladar, sinələri önündə hərlədər, çiyinlərinə, böyürlərinə vurar, ya da toqquşdurardılar. Bəzən toppuzların hər ikisi birdən ya növbə ilə yuxarı atılar yenə oyunçunun əlinə düşərdi. Vaxtilə Şəki-Zaqatala bölgəsində, Bərdədə zorxana oyun-tamaşaları açıq havada xalq toy mərasiminin bir hissəsi kimi mövcud olub. Burada müəyyən bir süjet ardıcıllıq üzərində qurulmuş ənənəvi zorxana oyunları rəqs şəklində, musiqi mahnılarla müşayiət olunardı.

Bu baxımdan Naxçıvanda qələmə alınmış oyun-əyləncə daha çox maraqlıdır. Böyük bir meydandaCəngihavası altında zorxanalar qurulur. Pəhləvanlar üz-üzə dayanır, müxtəlif el mahnıları oxuyarlar. Bununla da güləş başlanır.

Açıq havada ya xüsusi meydançada göstərilən bu tamaşalara baxmağa çoxlu adam gələrdi. Əl üstə gəzən müxtəlif oyunlar nümayiş etdirilərdi. Heyrətamiz akrobatik oyunlar ritmik musiqi sədaları altında ifa edilərdi.

Daşqaldırma, daşları dişdə oynatma müxtəlif əyləncə tamaşaları da xalq arasında geniş yayılmış, rəğbətlə qarşılanmış kütləviliyi ilə seçilmişlər.

 

Nübar İSAZADƏ

 

Azərbaycan.- 2017.- 11 mart.- S.7.