“Hidrometeorologiya fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun
icrasının təmin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli
103 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanını “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 86; 2001, ¹ 12, maddə 755; 2002, ¹ 8, maddə 487; 2003, ¹ 10, maddələr 546, 585; 2007, ¹ 2, maddə 87; 2008, ¹ 9, maddə 798; 2016, ¹ 2 (II kitab), maddə 255) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci hissənin altıncı abzasından “ölçmə vasitələrinin yoxlanılması və” sözləri çıxarılsın.
2. 6-cı hissənin altıncı abzasından “tələb etmək, ölçmə vasitələrini yoxlamaq” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2017-ci il
Azərbaycan.- 2017.- 12 mart.- S.3.