Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi haqqında
Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”ni “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 598; 2004, ¹ 2, maddə 71, ¹ 12, maddələr 994, 1005; 2005, ¹ 10, maddə 910; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 7, maddə 521, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2015, ¹ 2, maddə 130, ¹ 9, maddə 980; 2016, ¹ 10, maddə 1630) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 10.79-cu bəndində “attestasiyadan keçirir və sertifikatlaşdırır” sözləri “attestasiyasını və sertifikatlaşdırılmasını təşkil edir” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart
2017-ci il
Azərbaycan.-
2017.- 12 mart.- S.3.