Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya
Çox hörmətli Mehriban xanım.
Novosibirsk vilayətinin
Azərbaycan diasporu, Türkdilli xalqlarla slavyan xalqları arasında “Sodrujestvo” Xeyriyyə Əməkdaşlıq
Fondu adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti təyin
edilməyiniz münasibətilə
səmimi qəlbdən
təbrik edirəm.
Sizin tükənməz enerjiniz,
məqsədyönlü fəaliyyətiniz,
xalq arasında böyük şəxsi nüfuzunuz, şübhəsiz
ki, bu yüksək
təyinatın əsas
səbəbləri olub.
Həmvətənlərimin çoxu kimi, mən də Sizə - Vətənin patriotuna, nüfuzlu rəhbərə, öz işinin əsl peşəkarına səmimi
rəğbət və
hörmət bəsləyirəm. Sizin qarşıya qoyulmuş məqsədlərə doğru
necə əzmlə və fədakarcasına irəlilədiyinizi, Azərbaycan
vətəndaşlarının yaxşılığa doğru
dəyişiklikləri hiss etmələri, sülh, həmrəylik və rifah şəraitində yaşamaları, onların
gələcəyinin, habelə
uşaqlarının və
nəvələrinin gələcəyinin
sabit, rahat və xoşbəxt olacağına inanmaları
üçün çox
iş gördüyünüzü
müşahidə edirik.
Məqsədyönlü fəaliyyətiniz,
Azərbaycanın və
Azərbaycan xalqının
inkişafına yönəlmiş
səyləriniz bütün
dünyada Sizin
şəxsiyyətinizə dərin hörmət və nüfuz qazandırır. Bu, tam əminlik yaradır ki, Siz yeni
vəzifənizdə də
Prezident İlham Əliyevin daxili və xarici siyasətinə öz töhfənizi verəcəksiniz.
Sibirdə yaşayan minlərlə
azərbaycanlının adından
demək istəyirəm
ki, Siz bütün
dünyada öz xalqınızın görkəmli
nümayəndəsisiniz. UNESCO-da, ISESCO-da,
BMT-də, çoxsaylı
dövlətlərdə Sizi
yaxşı tanıyırlar.
Sizin məşhurluğunuz milli
Azərbaycan mədəniyyətinin
əhəmiyyətini dərindən
bilməyinizə, müxtəlif
mədəniyyətlərin və ənənələrin
həmrəyliyinə, insanın,
ailənin və xalqın baza dəyərlərini anlamaqla
bir-birini zənginləşdirməyə
kömək etməsi
üçün çox
səmimi və uğurlu qayğınıza
əsaslanır.
Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında
Sizin xüsusi rolunuz var. İki ölkənin əməkdaşlığının
iqtisadi istiqamətlərdə
uğurları dərin
dostluq, insanlıq münasibətlərinin formalaşması
ilə təmin olunur və Siz bu prosesin
memarlarından birisiniz.
Siz müdrik, istedadlı, heyrətamiz dərəcədə
güclü şəxsiyyətsiniz. Siz təcrübəli
dövlət xadimi, qayğıkeş ana, Azərbaycanın birinci xanımı və Heydər Əliyev Fondunun layiqli rəhbərisiniz. Sizin rəhbərliyinizlə
birinci Avropa Oyunları və
“Eurovision” mahnı müsabiqəsi
tamamilə parlaq səviyyədə keçirildi.
Möhtərəm Mehriban xanım. Biz fəxr edirik ki, vətənimiz Azərbaycanda Sizin kimi görkəmli dövlət xadimi çalışır. Vətənini sevmək və onunla fəxr etmək həm də ona görə
böyük şərəfdir
ki, bizim Mehriban Əliyeva kimi birinci xanımımız
və indən belə ölkənin Birinci vitse-prezidenti var.
Sizin adınızın
mənası rus dilinə tərcümədə
“səmimi, xeyirxah, şəfqətli, mərhəmətli”
deməkdir. Məhz bu sözün
məna çalarları
Azərbaycan ilə Rusiya və iki ölkənin xalqları arasında çoxəsrlik qarşılıqlı
dostluq əlaqələrinin
səviyyəsini və
ruhunu çox yaxşı səciyyələndirir
və əks etdirir.
Sizin qeyri-adi rəhbər istedadınız, zəngin
idarəçilik təcrübəniz,
başladığınız hər bir işdə
əməli surətdə
sübut olunmuş ictimai-siyasi xadim vərdişləriniz Sizin
qarşıya qoyduğunuz
məsələlərin həllinə
yanaşmaların yüksək
peşəkarlıq və
məsuliyyət səviyyəsində
təzahür edir. Sizin rəhbərliyinizlə
istər Azərbaycanda,
istərsə də ölkə hüdudlarından
kənarda həyata keçirilən çoxsaylı
layihələr əhalinin
maddi rifahının yüksəlməsinə və
dünya arenasında Azərbaycanın imicinin daha da möhkəmlənməsinə
xidmət edir.
Yuxarıda deyilənlər həqiqi vətənpərvərliyin, yüksək
mənəvi ruhun və güclü iradi keyfiyyətlərin ən parlaq nümunəsidir. Sizin əməyiniz, gördüyünüz
xeyirxah işlər dünyanın müxtəlif
ölkələrinin çoxsaylı
yüksək dövlət
təltifləri ilə,
ən başlıcası
– planetdə milyonlarla
insanın məhəbbəti
və sevgisi ilə qeyd olunur.
Sizin uğurlu nailiyyətlərinizin
miqyası onları Azərbaycanın uğurları
kimi qəbul etməyə tam əsas verir və buna
görə də hər bir azərbaycanlı
harada yaşamasından
asılı olmayaraq haqlı qürur hissi keçirir.
Siz ulu öndər Heydər Əliyevin siyasi kursunu məqsədyönlü və
ardıcıl şəkildə
davam etdirirsiniz.
Biz əminik
ki, Siz Birinci
vitse-prezident vəzifəsində
Azərbaycanın davamlı
inkişafını təmin
etməyə, respublikada
yaşayan xalqların
həyat şəraitini
daha da yaxşılaşdırmağa,
həmçinin beynəlxalq
arenada ölkənin nüfuzunu qat-qat artırmağa nail olacaqsınız.
Biz səmimi qəlbdən ümid edirik ki, Türkdilli
xalqlarla slavyan xalqları arasında “Sodrujestvo” Xeyriyyə Əməkdaşlıq Fondu
yeni vəzifədə
görəcəyiniz çoxsaylı
işlərdə və
təşəbbüslərdə Sizin fəal
yardımçınız olacaq.
Sizə və yaxınlarınıza
möhkəm cansağlığı,
gümrahlıq, nikbinlik,
xoşbəxtlik, əmin-amanlıq
və ailə firavanlığı arzu edirəm.
Dərin hörmətlə,
Mirkazım Seyidov
Türkdilli xalqlarla
slavyan xalqları arasında “Sodrujestvo”
Xeyriyyə Əməkdaşlıq Fondunun
prezidenti
Azərbaycan.- 2017.- 12 mart.- S.4.