Həmsədr ölkələr tezliklə sülh danışıqlarının
başlanmasını istəyir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 11-də
ATƏT-in Minsk qrupunun həmsədrləri
Riçard Hoqlandı,
İqor Popovu, Stefan Viskontini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi
Anji Kaspşiki qəbul edib.
Rusiyalı həmsədr İqor Popov bildirdi ki, Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər.
AZƏRTAC xəbər verir ki, görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması istiqamətində
danışıqların hazırkı vəziyyəti və
perspektivləri ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.- 2017.- 12 mart.- S.1.