Birgə layihələr uğurla icra olunur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “SUEZ” qrupun baş direktorunun müavini, həmçinin MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə “SUEZ” qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində getdiyi bildirildi. Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olundu, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirildi.

 

Azərbaycan.- 2017.- 14 mart.- S.1.