Azərbaycan Prezidenti İlham Əliyevin “Total”
şirkətinin prezidenti ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını dedi, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğuladı.
Söhbət zamanı
SOCAR ilə “Total” arasında əlaqələrin
inkişafı, “Abşeron”
yatağının işlənilməsi, “Ümid”,
“Babək” qaz-kondensat yataqları üzrə
əməkdaşlıq və digər məsələlərlə
bağlı fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2017.- 14 mart.- S.2.