Fransa şirkətləri
"Cənub qaz dəhlizi"nin maliyyələşdirilməsində fəal iştirak edir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin martın 13-də Parisdə
“Credit Agricole SA” şirkətinin
baş direktoru Ksavye Musca ilə
görüşü olub.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan-Fransa əlaqələrinin
inkişafından məmnunluq
ifadə olundu. Azərbaycan ilə
“Credit Agricole SA” şirkəti
arasında müxtəlif
layihələrin uğurla
maliyyələşdirildiyi qeyd edildi. Bir çox layihələrin artıq icra olunduğu, “Credit Agricole SA” şirkətinin
“Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Söhbət
zamanı Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında əməkdaşlığın
gələcəkdə də davam etdiriləcəyi
bildirildi, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı
sahəsində müxtəlif layihələrin
reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi
ilə bağlı əməkdaşlığın
perspektivləri barədə fikir
mübadiləsi aparıldı.
Azərbaycan.- 2017.- 14 mart.- S.2.