Yeni təyinatlı, daha yüksək nəticələr
əladə etməyə imkan verən
peyklər hazırlanacaq
Martın 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Parisdə “Airbus”
şirkətinin müdafiə
və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti
Nikolya Şamosi ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər
verir ki,
görüşdə Azərbaycan ilə “Airbus”
şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın
həyata keçirildiyi, yaxşı
perspektivlərin olduğu bildirildi.
Kosmik sahədə, xüsusilə yeni təyinatlı, daha
yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə
bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2017.- 14 mart.- S.2.