Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizonqarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 133, ¹ 5, maddə 312; 2007, ¹ 8, maddə 754, ¹ 11, maddə 1078; 2008, ¹ 8, maddə 709; 2010, ¹ 12, maddə 1056; 2011, ¹ 2, maddə 71; 2012, ¹ 5, maddə 408; 2014, ¹ 2, maddə 86; 2016, ¹ 1, maddə 6) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizonqarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 7-ci maddənin üçüncü hissəsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

2. 14-cü maddədə “milli təhlükəsizlik, daxili işlər nazirlikləri” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

3. 19-cu maddənin birinci cümləsində “Prezidentini, Azərbaycan Respublikası Milli Məclisinin sədrini, Azərbaycan Respublikasının Baş nazirini, Azərbaycan Respublikasının müdafiə nazirini” sözləri “müvafiq icra hakimiyyəti orqanını, Azərbaycan Respublikası Milli Məclisinin sədrini, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərini” sözləri ilə əvəz edilsin.

4. 37-ci maddənin ikinci hissəsinin beşinci abzasında “Rabitə Nazirliyinin, digər nazirliklərin və idarələrin” sözləri “dövlət orqanlarının” sözləri ilə əvəz edilsin.

5. 40-cı maddənin ikinci hissəsində, 41-ci maddənin birinci hissəsində və ikinci hissəsinin dördüncü, yeddinci və səkkizinci abzaslarında, 7 saylı əlavənin   1-ci maddəsinin ikinci hissəsində “Müdafiə Nazirliyi” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

6. 44-cü maddənin ikinci cümləsində “Müdafiə Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

7. 69-cu maddənin ikinci hissəsində və 113-cü maddədə “müdafiə naziri” sözləri “müvafiq icra hakimiyyəti orqanının rəhbəri” sözləri ilə əvəz edilsin.

8. 242-ci maddənin birinci hissəsi üzrə:

8.1. ikinci abzasda (hər iki halda) “müdafiə nazirininsözlərimüvafiq icra hakimiyyəti orqanı rəhbərininsözləri ilə əvəz edilsin;

8.2. dördüncü abzasdaMüdafiə Nazirliyininsözlərimüvafiq icra hakimiyyəti orqanınınsözləri ilə əvəz edilsin.

9. 272-ci 351-ci maddələrdəmüdafiə nazirininsözlərimüvafiq icra hakimiyyəti orqanı rəhbərininsözləri ilə əvəz edilsin.

10. 357-ci maddədəMüdafiə Nazirliyininsözlərimüvafiq icra hakimiyyəti orqanınınsözləri ilə əvəz edilsin.

11. 359-cu maddədəMüdafiə nazirininmüdafiə nazirinəsözləri müvafiq olaraqmüvafiq icra hakimiyyəti orqanı rəhbərininmüvafiq icra hakimiyyəti orqanının rəhbərinəsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2017-ci il

 

Azərbaycan.- 2017.- 14 mart.- S.3.