XİN: Azərbaycan hökuməti Polad
Bülbüloğlunun UNESCO-nun
baş direktoru vəzifəsinə
namizədliyini irəli sürüb
Azərbaycan hökuməti UNESCO-nun prosedur
qaydalarına uyğun
olaraq Polad Bülbüloğlunun təşkilatın
baş direktoru vəzifəsinə namizədliyini
irəli sürüb.
Bu barədə
AZƏRTAC-ın sorğusuna
cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev bildirib.
O deyib: “2017-ci ildə Azərbaycan Respublikasının UNESCO–ya
üzvlüyünün 25 illiyi
qeyd olunur. Bu illər ərzində Azərbaycan və UNESCO arasında sıx əməkdaşlıq qurulub,
UNESCO ölkəmizdə mədəni
irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların
aparılması işinə
öz əsaslı dəstəyini verib.
Multikulturalizmin dövlət siyasətinin
prioritetlərindən biri
olduğu Azərbaycan
zəngin tolerantlıq
və mədəniyyətlərarası
dialoq ənənələri
ilə UNESCO-nun dəyərlərinə
və ideallarına sadiq olaraq onların
təşviq edilməsinə
ardıcıl surətdə
öz töhfəsini
verməkdədir.
Qeyd olunanları və hazırda UNESCO-nun baş direktoru olan İrina Bokovanın fəaliyyət müddətinin
başa çatmasını
nəzərə alaraq,
Azərbaycan hökuməti
UNESCO-nun prosedur qaydalarına
uyğun olaraq Polad Bülbüloğlunun
təşkilatın baş
direktoru vəzifəsinə
namizədliyini irəli
sürüb.
Təbiətən mədəniyyətə,
incəsənətə və
elmə bağlı olan, bəstəkar, müğənni, aktyor və elmi fəaliyyəti
ilə seçilən,
uzun müddət nazir vəzifəsində çalışan, TÜRKSOY-un qurucularından biri olan və 14 il bu beynəlxalq
təşkilata rəhbərlik
edən, Azərbaycanın
UNESCO ilə əməkdaşlığının
qurulmasında və inkişafında bilavasitə
iştirak edən, zəngin diplomatik təcrübəyə malik
olan bir şəxs kimi Polad Bülbüloğlunun
UNESCO-nun baş direktoru
seçildiyi təqdirdə,
bu vəzifənin öhdəsindən layiqincə
gələcəyinə və
UNESCO-nun məqsəd və
məramlarının təşviqinə
öz töhfəsini
verəcəyinə inanırıq.
UNESCO-nun baş
direktorunun seçilməsini
üzv dövlətlər
tərəfindən irəli
sürülmüş namizədlər
sırasından İcraiyyə
Şurasının tövsiyəsi
əsasında UNESCO-nun Baş
Assambleyası 2017-ci ilin
oktyabr-noyabr aylarında
həyata keçirəcək”.
Azərbaycan.
- 2017.- 14 mart.- S.5.