FransadaXocalı 613” musiqi əsərinin diski çıxıb

 

Fransanın www.larevueduspectacle.fr saytındaXocalı 613”, musiqi-xatirə stelasıadlı məqalə dərc olunub.

Yazıda fransalı bəstəkar Pyer Tiluanın klarnet, skripka simfonik orkestr üçün yazdığıXocalı 613” əsərinin diskinin çıxması barədə xəbər verilib.

Bildirilib ki, “Xocalı 613” əsəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 1992-ci ildə Xocalı şəhərində qətlə yetirilmiş günahsız mülki şəxslərin xatirəsinə ithaf edilib. Qeyd olunub ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə əməl etmir.

Orkestrin həmin faciəni olduğu kimi təsəvvürlərdə canlandırdığı, müharibənin dəhşətlərini əks etdirdiyi diqqətə çatdırılıb.

Müluz şəhərindəkiİki dünyaadlı musiqi festivalı çərçivəsində lentə alınanXocalı 613” əsərinin Fuad İbrahimovun dirijorluğu ilə Alən Tuaron (klarnet), Sabina Rakçeyeva (skripka) Müluz şəhər simfonik orkestri tərəfindən ifa edildiyi bildirilib.

Diqqətə çatdırılıb ki, ermənipərəst şəxslər hər dəfəXocalı 613” əsəri ilə təşkil olunan konsertlərin ləğv edilməsinə ona mane olmağa çalışıblar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 14 mart.- S.6.