Azərbaycan Prezidentinin Parisdə
rəsmi qarşılanma
mərasimi
Martın 14-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Prezident İlham
Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəldi.
Dövlətimizin başçısını Fransanın
kənd təsərrüfatı
naziri, hökumətin
sözçüsü Stefan Lö Fol qarşıladı.
Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında Prezident İlham Əliyevin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına
raport verdi.
Fransanın kənd təsərrüfatı
naziri, hökumətin
sözçüsü Stefan Lö Fol Azərbaycan
nümayəndə heyətinin
üzvləri ilə görüşdü.
AZƏRTAC
Azərbaycan.- 2017.- 15 mart.- S.1.