Azərbaycanla Fransa arasında əlaqələr
yüksək səviyyədədir
Martın 14-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Fransa Respublikasının Prezidenti
Fransua Ollandın görüşü olub.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Yelisey Sarayının
qarşısında dövlətimizin
başçısının şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları birgə
foto çəkdirdilər.
Görüşdə ölkələrimiz arasında
əlaqələrin yüksək
səviyyədə olmasından
məmnunluq ifadə edildi. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin
inkişafı baxımından
böyük əhəmiyyətə
malik olduğu vurğulandı. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən
nəqliyyat, kənd təsərrüfatı, infrastruktur,
kosmik sənaye, turizm, bərpaolunan enerji, ətraf mühit sahələrində
səmərəli əməkdaşlığın
həyata keçirildiyi
bildirildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı ətraflı fikir
mübadiləsi aparıldı.
Azərbaycan.- 2017.- 15 mart.- S.1.