Dünya bu gün yenə
də Bakıda toplaşır
Prezident İlham Əliyev Azərbaycanı
qlobal əməkdaşlıq
platforması kimi beynəlxalq miqyasda qəbul etdirib
Azərbaycan geostrateji mövqeyi və davamlı inkişafı ilə qlobal arenaya mühüm töhfələr verməkdədir. Bunu müxtəlif amillərlə yanaşı, respublikamızın artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi də təsdiqləyir. Humanitar forumlar, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.
Belə mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi
təsadüfi deyil. Çünki
qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan
bu formatda tədbirlərin
keçirilməsi üçün
həqiqətən də nümunəvi məkandır. Digər tərəfdən, xalqımızın qədim
tarixi, zəngin mədəniyyəti,
tolerantlığı barədə vaxtilə yetərincə məlumatı
olmayan dünya
davamlı inkişaf səviyyəsində
Azərbaycanı ildən-ilə daha
yaxından tanıyır və onun artan nüfuzunun şahidinə
çevrilir. Bu amillər Azərbaycanın
sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə
verən ölkə statusunu möhkəmləndirir,
dünyanı düşündürən məsələlərin
müzakirə edildiyi beynəlxalq tədbirlərin
ölkəmizdə keçirilməsini şərtləndirir.
Azərbaycanın son illər evsahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri Qlobal Bakı Forumudur. İndiyədək 4 forum keçirilib. İlk dəfə 2013-cü ildə keçirilən forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub. İki gün davam edən forumda dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim iştirak edib.
2014-cü ilin aprelində keçirilən ikinci foruma 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim, o cümlədən 32 ölkənin sabiq dövlət və hökumət başçısı gəlmişdi. Tədbirin gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil idi. Həmçinin daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə də müzakirələr zamanı xüsusi diqqət ayrıldı.
Üçüncü forum 2015-ci ilin aprelində keçirildi və dünyanın 60-dan çox ölkəsindən ümumilikdə 200-dən artıq nümayəndə, 55 ölkədən sabiq hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlər, həmçinin bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları da iştirak etdi. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan bu forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və digər qlobal problemlər müzakirə olundu.
IV Qlobal Bakı Forumu ötən ilin martında keçirildi. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri ilə yanaşı, 27 sabiq prezident, 23 sabiq baş nazir də daxil olmaqla
53 ölkədən 300-dən çox nümayəndə
iştirak etdi.
“Çoxqütblü
dünyaya doğru” mövzusuna həsr edilən forumda münaqişələrin qarşısının
alınmasında dinlərarası
dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən
qlobal təhlükəsizliyin
təmin olunmasında
radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm
məsələlər müzakirə
olundu. Bundan başqa, enerji
və qlobal idarəçiliyin gələcək
perspektivləri ilə
bağlı məsələlər
də forumun gündəliyinə daxil idi.
Bütün bunlar göstərir ki, Qlobal Bakı
Forumu dünyanın demək olar ki, bütün dövlətlərindən siyasətçiləri,
diplomatları birləşdirən
diskussiya və dialoq məkanıdır. Əvvəlki dörd forumun tərkibi göstərir ki, bu diskussiyalara
görkəmli dövlət
xadimləri, tanınmış
siyasətçilər qoşulurlar.
Ona görə də bu forumun dövlətlərarası
əməkdaşlığa, siyasi münasibətlərə
konstruktiv töhfə
verdiyi, qarşılıqlı
siyasi dialoq üçün əlverişli
şərait yaratdığı
şübhəsizdir.
V Qlobal Bakı Forumu öz işinə başlayır. “Beynəlxalq münasibətlərin gələcəyi:
güc və maraqlar” mövzusuna həsr olunmuş budəfəki forumda bir sıra dövlətlərin
indiki və keçmiş prezidentləri,
hökumət başçıları
da daxil olmaqla 53 ölkədən
300-dən çox qonaq
- nüfuzlu ictimai-siyasi
xadimlər, elm adamları
və ekspertlər iştirak edir. İki gün davam edəcək forumun iştirakçıları beynəlxalq
münasibətlərin gələcəyini,
bu münasibətlərin
nizama salınmasında
zəruri olan ittifaqların qurulmasını,
terrorizmlə mübarizə
yollarını, transatlantik
münasibətlərin gələcəyini,
ekstremizm və populizmin beynəlxalq təhlükəsizliyə qarşı
təhdidlərini müzakirə
edəcək, onların
həlli yolları barədə təkliflərini
səsləndirəcəklər.
Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə
lokal və regional münaqişələrin müzakirəsi
çərçivəsindən çıxaraq dünyada gedən proseslərə münasibət bildirən,
qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan bir mərkəzə çevrilib. Ona görə
forum müzakirə, dialoq
xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin
həllində müstəsna
rol oynayır və bu da
dövlətlərarası münasibətlərdə öz
əksini tapır.
Təcrübə göstərir ki,
bu müzakirələr
mövcud problemlərin
həllinə müsbət
təsir baxımından
çox mühüm əhəmiyyət kəsb
edir.
Bu, Azərbaycanın paytaxtında keçirilən artıq V forumdur. Böyük çətinliklərin olduğu indiki dövrdə fikir mübadiləsi aparmaq liderlər üçün əhəmiyyətlidir. Bakı platforması isə bu problemlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Ən önəmlisi isə müsbət təşəbbüslərin irəli sürüldüyü bir məkandır.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-
2017.- 16 mart.- S.1, 3.