Şeyxülislam Allahşükür Paşazadə: İslam sülh, qardaşlıq, dostluq dinidir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu iliİslam Həmrəyliyi İlielan etməsi bütün Azərbaycan dindarları üçün böyük bir töhfədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri martın 15-də Bakıdaİslam həmrəyliyi - zamanın çağırışımövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Beynəlxalq konfransın əhəmiyyətindən danışan QMİ sədri bildirib ki, konfrans irqi, milli, etnik digər zəmində baş verən qarşıdurmalar fonunda dünyada sülhə onun qorunmasına xidmət edir. "Bu ilin ölkəmizdəİslam Həmrəyliyi İlielan edilməsi dünyada dinlərarası münasibətlərin düzgün qurulması, sabitliyin yaradılması üçün böyük bir vəsilə olacaq. Bu, həm siyasi bir addımdır. Yaxın Şərqdə baş verən hadisələr, bütün Avropada başqa ölkələrdə tüğyan edən antisemitizm, islamofobiya meyilləri, çəkilən sərhədlər onu göstərir ki, bu addımları İslamın mahiyyətini anlamayanlar atırlar. Əslində İslam sülh, qardaşlıq, dostluq dinidir. İslam bütün dinləri qəbul edir, bütün dinlərlə qardaşlıq münasibətləri qurur. İslam bütün dinlərlə əməkdaşlıq etməkdədir. Azərbaycan bir nümunədir. Bu konfransın keçirilməsi xarici qonaqların bura təşrif buyurması təqdirəlayiqdir”, - deyə şeyxülislam bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, ötən ilin ölkəmizdəMultikulturalizm İli”, bu ilin isəİslam Həmrəyliyi İlielan edilməsi Azərbaycan dindarları üçün mühüm töhfədir. Ulu öndər Heydər Əliyevin ocağından bəhrələnən Prezident İlham Əliyevin atdığı bu addımlar Ümummilli Liderin uzaqgörən siyasətinin davamıdır.

Ermənilərin özlərini yazıq millət kimi dünyaya tanıdaraq, xristian dinini yanlış müstəvidə təqdim etmələrinin təəssüf doğurduğunu deyən Allahşükür Paşazadə vurğulayıb: “Biz xristianlığın əleyhinə deyilik, biz heç bir dinin əleyhinə deyilik. Bütün dinlərlə əlaqə yaratmağın tərəfdarıyıq”.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 16 mart.- S. 5.